Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Eynulla Fətullayev “oğru”, mafiozlarla birlikdə oldu və reportaj yazdı – FOTO

Eynulla Fətullayev “oğru”, mafiozlarla birlikdə oldu və reportaj yazdı – FOTO

Təyyarədən düşən kimi, Atatürk hava limanında məni dəbdəbəli, son model avtomobil qarşıladı. 20 milyonluq əhalisi olan İstanbulun tıxaclarında bir xeyli gözlədik.

Öncədən kirayəyə götürülmüş möhtəşəm “Limuzin”də məşhur azərbaycanlı keçmiş dustaq Nadir Səlifovun iqamətgahına tərəf yollandıq. “Çatmağımıza hələ çox var? Niyə belə gec?” deyərək, yoldaşlıq edənlərdən soruşdum. O da, zarafat edərək, “Hələ çox yolumuz var. Ev demək olar ki, Yunanıstana yaxındır”,- deyrək yumorla cavab verdi.

Ömrünün 12 ilini  zindanda keçirən Nadir Səlifov gözlənilməz şəkildə oradan çıxdı və bu, ölkədə böyük bir rezonansa səbəb oldu.

Nadir türməyə gənc yaşında düşmüşdü. Qasırğaların başlanğıcında, 90-cı illərdə heç kim bundan sığortalanmamışdı. O vaxt Nadirə üzünmüddətli həbs cəzası verdilər. Sağ qalması üçün o, aralarında birinci olmalı idi. Və o şərksiz liderlik zirvəsini fəth edib həbsxana cəmiyyətində hakimiyyətini qurdu. O  illər sonra “Quli”  adını aldı. (Gürcü dilindən tərcümədə – “Ürək”, deməkdir, ona qoçaq və cəsur olduğu üçün belə ad vermişdilər – red.)

Nadir Səlifov ilə ilk görüşümüz 2006-ci ildə Qaradağ türməsində olmuşdu. Görüşümüz zamanı antaqonizm haqqında, xeyir və şərin fəlsəfi interpretasiyasından da diskussiya aparmışdıq. O, mənə demişdik ki, bəzən məmurları müşahidə edirəm və məndə belə bir sual yaranır: Həqiqətən cinayətkar mənəm, ya onlar?

O illərdə Azərbaycanda Hacı Məmmədovun polis dəstəsi də həbs olunmuşdu. Bundan başqa,  həbsxananın hüdudlarını tərk etməmiş Qulinin kamerasına Ədliyyə Nazirliyinin xüsusi təyinatlı dəstəsi zorla girdi. Həbsxananın müdirini işdən çıxartdılar, Qulini isə “karser”ə salıb, zonada xüsusi rejim elan etdilər. Hər şey ona görə idi ki, biz xeyir və şər haqqında müzakirələr edib, sonsuz həqiqətdən danışırdıq,  Biz həqiqətin və doğrunun kateqoriyasını bilərək, onun axtarışında idik.

O vaxtdan bu yana Quli ilə görüşürük. İndi isə onun İstanbuldakı malikanəsinə yaxınlaşıram. Çölü və ürəyimi qaranlıq bürüdü. Evin önündə çoxlu sayda mühafizəçilər var. Bütün ev güclü mühasirəyə alınıb. Qorumaların hər biri  öz başçıları üçün həlak olmağa hazırdır. Demək olar ki, müharibədə ki, kimi. Yalnız maraqlısı odur ki, nə üçün bu uşaqlar həyatlarını qurban verməyə hazırdır? Hansı ideallar və dəyərlər naminə?

Öz rəhbərinə görə – qeyri-insani sonsuz şəxsi sədaqət prinsipi.

Bütün gördüklərim, məni 80-ci 90 -ci illərin kult əsəri olmuş Mario Pyuzonun yaradıcılığının motivlərini xatırladır. İstanbulda “Qanuni oğru” Rövşən Lənkaranskinin qardaşının həbsi və onun Lotu Quliyə  sui-qəsd cəhdini eşidən “Xaç atası”nın bütün “döyüşçü”ləri həyəcanlanmışdı. Onlar gecə -gündüz iqamətgahı qoruyurlar.
Evə daxil oluruq. Bizi Qulinin ailəsi qarşılayır. Onun anası, hansı ki, ömürünün yarısı boyunca bu günü gözləyirdi. Daha sonra Qulinin oğlu ilə qucaqlaşıb, görüşürəm. Oğlu ona çox bənzəyir. 22 il  küçələrdə onun haqqında əfsanələri və mifləri eşidərək böyüyüb. Və budur, ata evdədir, amma mafiya qruplaşmasının lideridir, “Xaç atası” döyüşlərə atılmağa hazır olan bir ordunun komandiridir.

Nəhayət, Quli görünür…

Uzun- uzadı qucaqlaşmlar, göz yaşları və sevincimizi əks etdirmək üçün söz tapa bilmirik. Bizim azadlıqda görüşümüz – bu, yəqin taleyin istehzasıdır! Quli məni möhtəşəm süfrə arxasına dəvət edir. Bu gün Qulinin evində bu masanın arxasında məşhur türk mafiyasının lideri Sədat Pekər əyləşib. Sedat Pekərin şəxsiyyəti məşhur “Kurtlar Vadisi” serialının baş qəhrəmanı Polad Alemdarın obrazının özüdür.

Onunla tanış oluram. O, danışdıqca  Osmanlı tarixi haqındakı bilgisi, savadı məni yaxşı mənada təəccübləndirir.


Peker – Türkçülüyün fanatik tərəfdarıdır. 2016-ci ildə Türkiyədə çevriliş cəhdləri zamanı  tərəfdarlarını Ərdoğanı dəstəkləməyə çağırdı. Onun tərəfdarları İstanbul küçələrində qiyamçıların yollarını kəsdilər.

Masa arxasında Qulinin qardaşı Namiq də əyləşib. O da, kriminal avtoritetidir və İspaniyadan yenicə gəlib.

“Bundan sonra nə olacaq?” deyə Qulidən soruşuram.

O isə “Bilmirəm, hələ heç nə bilmirəm”, -deyrək mənə cavab verir.

“Gedək, təmiz hava qəbul edək”, – deyrək birgə ayağa qalxırıq. Yenidən həyətə çıxırıq. Bizi onun qorumaları  əhatə edir.

– Elə bil heç bu qədər vaxt keçməyib,- deyərək Quli sözə başlayır. Sən mənə Vasiliy Qrossmanın romanını göndərmişdin. Mən onu böyük həvəslə oxumuşdum. Hər sətirini diqqətlə və maraqla oxuyurdum. Dünən bu romandan maraqlı bir İFADƏ yadıma düşdü: Cavan qızın balda ilk rəqsi, 25 il həbsdə olan dustağın yalnızlığından çoxdur, uzundur, sanki heç bunların heç biri olmayıb.

– İndi isə aya bax, – mən səmaya öz barmağını yönəltdim, solğun və zərif gecə ulduzuna baxdım.  – Dayan, an, sən çox möhtəşəmsən!”.

Virtualaz.org

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …