Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Gündəm / Ermənilər Kəlbəcərin daha iki çayı üzərində SES istifadəyə verdi…

Ermənilər Kəlbəcərin daha iki çayı üzərində SES istifadəyə verdi…

Vaxtilə Bəhmən Vətənoğlunun ilham aldığı Lev çayından indi düşmənlərimiz enerji alacaqlar…

Ermənilər 27-ci ildir ki, işğal altında saxladıqları Kəlbəcər rayonunda daha iki kiçik su elektrik stansiyası istifadəyə veriblər.

Moderator.az yazır ki, bu haqda separatçı nəşrlərə qondarma rejim başçısının müşaviri hesab olunan Araik Arutyunyan adlı məxluq məlumat verib. SES-lərdən biri Lev çayı, digəri isə “Trxe” adlandırılmış digər çayımızın üzərində tikilib. Elektrik stansiyalarının Avropa texnologiyasına uyğun tikildiyi bildirilir.

Xatırladaq ki, Moderator.az bu ilin avqustunda Lev çayı üzərindəki SES-in tikintisi haqda xəbər vermişdi.
Onu da vurğulayaq ki, Lev çayı öz vətənpərvər və haqpərəst şeirləri ilə xalqın əsl sevgisini qazanmış ustad şair Bəhmən Vətənoğlunun doğulduğu Seyidlər kəndi yaxınlığından və 5 il müəllim işlədiyi Lev kəndindən keçərək Tərtər çayına qovuşur… Bu çayın adı şairin şeirlərinin bəzəyi olub. Vaxtilə Bəhmən Vətənoğlunun ilham aldığı Lev çayından indi düşmənlərimiz enerji alacaqlar…

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …