Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / “ELDAR MAHMUDOV KASETLƏRLƏ HƏDƏLƏYİR…” – Debatda sensasiyalı çıxışlar (VİDEO)

“ELDAR MAHMUDOV KASETLƏRLƏ HƏDƏLƏYİR…” – Debatda sensasiyalı çıxışlar (VİDEO)

Prezidentliyə namizədlərin martın 21-də baş tutan üçüncü teledebatı da maraqlı çıxışlarla yadda qalıb.

Azinforum.az-ın  məlumatına görə, ordu quruculuğu və təhlükəsizlikmövzusuna həsr olunmuş debatda, gözlənildiyi kimi, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində baş verənlər namizədlərin diqqət mərkəzində olub.

Fikrimizcə, müzakirəyə çıxarılmış mövzu haqda ən məzmunlu çıxışı ADP sədri Sərdar Cəlaloğlu edib (Onun çıxışının videoyazısı başqa yazıda təqdim olunub-red.) BAXCP sədri Qüdrət Həsənquliyev, Zahid Oruc və Hafiz Hacıyevin də çıxışları  diqqətçəkən olub.

Q.Həsənquliyev müdafiə naziri postuna mülki şəxsin gətirilməsinin və orduya ictimai nəzarətin vacibliyini vurğulayıb.

Zahid Oruc MTN-də baş verənlər və keçmiş nazir Eldar Mahmudovun həbs olunmaması məsələsini qaldırıb və Baş prokuror Zakir Qaralova suallar ünvanlayıb: “Nə gözükölgəliliyiniz var ki…”

Hafiz Hacıyev isə ənənəsinə sadiq qalaraq, çıxışında konkret vəzifəli şəxsləri hədəfə götürüb, ermənilərlə qohumluğu olan şəxslərin vəzifələrdən uzaqlaşdırılmasına çağırıb. O, “Yutub”a yerləşdirilmiş videolarla Azərbaycan rəhbərlərini təhqir edən, hədələyən şəxslərin arxasında keçmiş MTN rəhbərliyinin durduğuna da açıq eyham vurub.

Qüdrət Həsənquliyev, Zahid Oruc və Hafiz Hacıyevin çıxışlarının videoyazısını təqdim edirik:

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …