Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / “Diaqnoz Tibb Mərkəzi”nə qoyulan diaqnoz… – Tibb ocağında qiymətlər kəllə-çarxa qalxıb

“Diaqnoz Tibb Mərkəzi”nə qoyulan diaqnoz… – Tibb ocağında qiymətlər kəllə-çarxa qalxıb

Səhiyyə sistemindəki problemlər bitmir ki, bitmir. İstər dövlət müəssisələrində, istərsə də özəl xəstəxanalarda durum heç də qənaətbəxş hesab olunmur. Çünki baş verən olaylar onu deməyə əsas verir ki, tibb ocaqlarının vəziyyəti həqiqətən bərbaddır. Təəssüf ki, səhiyyə sistemindəki problemlərin aradan qaldırılması istiqamətində mühum işlər görülmür. Bu da vəziyyətin getdikcə pisləşməsinə gətirib çxarıb.

Demək olar ki, yeganə sahə media sahəsidir ki, tibbdə yaşanan neqativ olaylara xüsusi diqqət ayırır. “Gündəlik-Bakı” qəzetinin rolunu xüsusi qeyd etmək istərdik. Sözügedən qəzet cəmiyyəti narahat edən problemləri hər zaman obyektiv, qərəzsiz şəkildə ictimaiyyətin diqqətinə çatdırıb. Təəssüf ki, mediada gedən bu cür xəbərlərə az diqqət ayrılır. Yazılanlara reaksiya verənlər o qədər də çox deyil. O səbəbdən də səhiyyədəki nöqsanlar durmadan artır. Bu da cəmiyyətin haqlı narazılığına əsas yaradır.

Bu mövzunu yenidən gündəmə gətirməyimizin səbəbi isə, özəl xəstəxanalardan birində yaşanan durumla bağlıdır. Belə ki, redaksiyamıza daxil olan şikayət Bakı şəhəri , Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 38C(“Bakı” kinoteatrının yanı) ünvanda yerləşən “Diaqnoz Tibb Mərkəzi” barədədir.

Adını çəkdiyimiz tibb ocağında vəziyyət o qədər də qənaətbəxş deyil. Düzdür, mərkəzin xəstələr üçün yaratdığı şərait normal hesab olunsa da, tibb müəssisəsində kifayət qədər nöqsanlar mövcuddur. Belə desək, tibb ocağının sadəcə olaraq görünüşü var. Lakin insanlara təkcə görünüş kifayət etmir. Hər kəs xəstəxana seçərkən ilk növbədə oradakı həkimlərin savadlı olmasını araşdırır. Bizə verilən məlumata görə, xəstəxanada qiymətlər od tutub yanır. Təkcə bir müayinə və adi qan analizi üçün ən azı üstündə 100 manat pul olmalıdır. Qanın ümümi analizinə, UZİ-yə düşdükdə isə qiymət kəllə çarxa qalxır. Ona görə də sözügedən tibb müəssisəsi maddi durumu aşağı olan xəstələr üçün deyil. Əməliyyat zamanı xəstədən pul alana qədər əldən-ayaqdan gedirlər. Elə ki xəstənin pulunu aldılar, ondan sonra həkim və tibb bacılarının üzünü görmək mümkün deyil. Xəstəni otaqda qoyub çıxıb gedirlər. Nə vaxtsa yadlarına düşsə, onda xəstəni yoxlamağa gəlirlər. Bizə verilən məlumata görə, regionlardan həmin xəstəxanaya xəstələr axışır. Amma UZİ-yə və yaxud rentgenə düşmək üçün növbəyə yazılsalar da, kimin adamı varsa, həmin xəstələri növbəsiz həkimin qəbuluna salırlar. Rayondan gələnlər isə saatlarla gözləməli olurlar. Bəzən elə regionlardan gəlirlər ki, paytaxtla həmin rayon arasında xeyli məsafə olur. Lakin bu cür xəstələri nəzərə almırlar. Bu da həmin şəxslərin ciddi narazılığıa səbəb olur. Həmin şəxslər bildirirlər ki, bəzən elə vaxt olur ki, vaxt tamam olur bizə bildirirlər ki, gedin sabah səhər gələrsiniz, sizi birinci qəbul edəcəyik. Bu isə uzaq rayondan gələn və paytaxtda heç bir qohum-əqrəbası olmayan insanlara çətinlik törədir.

Bundan başqa, “Diaqnoz” Tibb Mərkəzində həkimlərin işbirliyi var. Belə ki, bir həkimin yanına getdinsə, bütün həkimlərdən keçməyi məsləhət görürlər. Analiz verməlisən hər şeydən. Bununla da həm öz, həm də digər həkimlərin cibini doldururlar. Bu isə xəstələrin soğan kimi soyulması deməkdir. Sözügedən tibb ocağında xəstələrə yalnız və yalnız firma dərmanları yazırlar. Bu da göstərir ki, həkimlərlə dərman firmaları arasında işbirliyi var.

Qeyd edək ki, “Diaqnoz” Tibb Mərkəzində laboratoriya, şüa-diaqnostika,ginekologiya, nevrologiya, stomatologiya, endokrinologiya, kardiologiya, LOR, fizioterapiya, qastroenterologiya, cərrahiyyə, oftalmologiya, urologiya, reanimasiya və intensiv terapiya, pediatriya, travmatologiya, təcili yardım, dəri-zöhrəvi, andrologiya, proktologiya, terapiya şöbələri fəaliyyət göstərir.

Xatırladaq ki, 2015-ci il martın 4-də Səhiyyə Nazirliyinin cəzalandırdığı klinikalar arasında “Diaqnoz”un da adı var.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın