Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Gündəm / Comərdlili Hüseyn kişinin həkim qızı da Prezidenti təbrik etdi

Comərdlili Hüseyn kişinin həkim qızı da Prezidenti təbrik etdi

Aprelin 11-də ölkəmizdə keçirilən prezident seçkilərində İlham Əliyevin parlaq  qələbə qazanması ilə bağlı onun ünvanına çoxsaylı təbriklər gəlir. Mediada təqdim olunan materiallardan görünür ki, bu əlamətdar hadisə münasibəti ilə İlham Əliyevi  təbrik edənlər sırasında dünyanın aparıcı dövlətlərinin başçıları, tanınmış simalar çoxluq təşkil edir. İlham Əliyevlə bu sevinci bölüşmək istəyənlərin sırasında sadə vətəndaşlarda az deyil.  Tanınmış həkim Sadiqova Fəridə Hüseyn qızı Azinforum.az vasitəsi ilə ölkə başçısını təbrik edənlər sırasındadır. Xanım tibb işçisinin ölkə başçısına ünvanladığı təbriki təqdim edirik:

Cənab Prezident!

Sizi bu parlaq qələbə münasibəti ilə ürəkdən təbrik edirəm.  Sizin bu seçkilərdə böyük üstünlüklə  qalib gəlməyiniz bir daha sübut etdi ki, Azərbaycan xalqı öz gələcəyini əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Sizin tərəfinizdən layiqincə davam etdirilən siyasətin davamında görür. Mən bunu bütün Azərbaycanın qələbəsi sayıram. Əminik ki, bundan sonrakı dönəmdə də gələcəyimiz, ölkəmizin təhlükəsizliyi əmin əllərdə olacaq.

Cənab Prezident!

Mən sizinlə yaxın qohumluq münasibətləri olan bir ailədə dünyaya gəlmişəm.  Qərbi Azərbaycanın Comədtli kəndindən olan mərhum Sadiqov Hüseynin qızıyam. Əminəm ki, bu parlaq qələbə həm də bizim dünyadan köçən valideynlərimizin ruhunu şad etmiş oldu.  Allahdan Sizə möhkəm can sağlığı və işlərinizdə uğurlar arzulayıram!

Hörmətlə, Sadiqova  Fəridə  Hüseyn qızı“.

Azinforum.az

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …