Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / “Broker Əbülfəz”ə yüksək vəzifə verilib? – Rəsmi açıqlama

“Broker Əbülfəz”ə yüksək vəzifə verilib? – Rəsmi açıqlama

Dövlət Gömrük Komitəsi “Broker Əbülfəz” kimi tanınan Əbülfəz Məlikovun vəzifəyə təyin olunması barədə yayılan məlumata münasibət bildirib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, DGK-nın açıqlamasında qeyd olunur ki, bu gün bəzi Kütləvi İnformasiya Vasitələrində Dövlət Gömrük Komitəsi sədrinin əmri ilə Bakı Baş Gömrük İdarəsinin Abşeron gömrük postuna rəis təyin olunması barəsində əsassız və yalan məlumatlar yayılıb.

Bakı Baş Gömrük İdarəsinin Abşeron gömrük postuna hər hansı təyinat olmayıb və postun rəisi Şükürov Muxtar Fazil oğludur.

Dövlət Gömrük Komitəsi bir daha media qurumlarını və jurnalistləri komitə, onun əməkdaşları və ya fəaliyyəti barədə məlumat verərkən diqqətli olmağa, dəqiqləşdirilməmiş məlumatları yayımlamaqdan çəkinməyə dəvət edir.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …