Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Bıçaqlanan şairi indi də bacısı tutdurdu- 50 min manat borc alıb və…

Bıçaqlanan şairi indi də bacısı tutdurdu- 50 min manat borc alıb və…

Şair Mübariz Məsimoğlunu bacısı həbs etdirir. Criminal.az saytının məlumata görə, M.Məsimoğlu bacısından bir müddət əvvəl 50 min manat borc alıb. Pulu geri qaytarmadığından bacısı polisə müraciət edib.
M.Məsimoğlunun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə cinayət işi başlanıb və saxlanılıb.
M.Məsimoğlu Criminal.az saytına açıqlamasında bildirdi ki, hazırda azadlıqdadır. Onun sözlərinə görə, polis tərəfindən iki gün saxlanılıb, lakin rayon məhkəməsi və apellyasiya instansiyası həbs qərarı verməyib.
”Məni polis tutumuşdu. İki sutka qeyri-qanuni saxlanılmışam. Həbs-qətimkan tədbiri seçilməsi üçün təqdimat yazılıb, məhkəmə onu rədd edib. Buna görə də məhkəmədən azadlığa buraxıldım. İyunun 13-də azadlığıa çıxmışam. Rayon Məhkəməsi barəmdə həbs qərarı vermədiyindən onlar apellyasiya şikayəti verdi. Apellyasiya Məhkəməsi də rayon məhkəməsinin qərarını qüvvədə saxladı. Şikayətçi bacımdır, amma onun bura nə dəxli var ki…? Bacımla mənim ailə söhbətimdi, istəmirəm mətbuatda hallansın. Hazırda istintaq gedir və orda başqa şeylər olacaq. ”
Xatırladaq ki, 3 il əvvəl metronun “Qara Qarayev” stansiyası yaxınlığında, şadlıq evlərindən birinin qarşısında M.Məsimoğlu qohumu ilə birlikdə bıçaqlanmışdı.

Azinforum.az

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …