Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Bakıda qəfil sökülən otel və ona bitişik obyektlər kimindir?

Bakıda qəfil sökülən otel və ona bitişik obyektlər kimindir?

Bakının Yusif Səfərov küçəsində yerləşən və hal-hazırda buldozerlər tərəfindən dağıdılaraq sökülən “Araz” mehmanxanası Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun qayınatasına məxsusdur.

Bunu virtualaz.org-a məlumatı mənbələr bildiriblər.

“Araz” mehmanxanası ilə birlikdə həmin ərazidə fəaliyyət göstərən mərmər sexi daxil olmaqla, bir neçə obyekt də sökülür ki, onların da Şahmar Mövsümovun qayınatasına məxsus olduğu bildirilir.

Virtualaz.org-a o da məlum olub ki, üç hektarlıq həmin ərazidə yeni park salınacaq.

Şahidlərin hadisə yerində olan əməkdaşımıza bildirdiyinə görə, “Araz” otelinin sökülməsi o dərəcədə qəfil olub ki, otelin qonaqları belə buldozerlərin caynağından canlarını güclə qurtara biliblər. Qəfildən  gələn söküntü briqadası içəridəki əşyaların çıxarılmasına belə imkan verməyib. Xətai rayon İcra Hakimiyyətinin söküntü yerində olan əməkdaşları ancaq onu bildiriblər ki, otelin sahibinə obyektin söküləcəyi haqda xəbərdarlıq edilmişdi. Lakin onlar xəbərdarlığa baxmayaraq əşyalarını daşımayıblar. Bununla belə obyektin söküntüsü üçün məhkəmə qərarının olub-olmadığı açıqlanmayıb. Söküntü yerinə DİN-in vəzifəli əməkdaşları da gəlib və onlar jurnalistlərin ərazidən uzaqlaşdırılmasına göstəriş veriblər. Otelin sahiblərindən isə ərazidə heç kim gözə dəymir.

*   *   *17:16

Virtualaz.org-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, mehmanxanadakı əşyaların çıxarılmasına imkan verilməyib. İçəridə olan yataq dəstləri, kreslo və divanlar, palaz və xalçalar, qab-qacaq, eləcə də kompüter və telefonlar, bir sözlə, hər şey sökülən daş-divarın altında, toz-torpaq içərisində qalıb.

Bu dəqiqələrdə yoldan keçənlər orada əllərinə keçənləri götürüb aparmaqla məşğuldurlar. Ərazi faktiki polis nəzarəti altında olsa da, onlara mane olan yoxdur.

Ən maraqlısı da odur ki, jurnalistlərə heç bir açıqlama verilmir. Sadəcə onu bildirirlər ki, “tapşırıq belə olub”.

Ərazidəki evlərin sakinləri isə bildiriblər ki, söküntü vaxtı borular zədələndiyindən  susuz qalıblar. Onlara başqa su borusu çəkiləcəyi barədə vəd veriblər. Amma bunun nə vaxt olacağı məlum deyil.

 

*   *   *16:45

Bakının mərkəzində yerləşən və bu gün qəfil sökülən “Araz” otelinin,ona bitişik obyektlərin kimə məxsus olduğu haqda məlumat yoxdur. 

Qeyd edək ki, “Araz” oteli 90-cı illərin ortalarından fəaliyyət göstərir, ona bitişik obyektlərdə aptek, kafel-metlax mağazası və digərləri fəaliyyətdə idi. Obyektin bu cür qəfil sökülməsi göstərişin ən yüksək səviyyədə verildiyini təxmin etməyə əsas verir.

*   *   *16:29

Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən dördmərtəbəli “Araz” oteli sökülür.

“Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda Bakı şəhər İcra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da söküntü gedən ərazidədir.

Qeyd edək ki, adıçəkilən otel Bakı Şəhər Baş Polis İdarəsinin yaxınlığında yerləşir. Köhnə tikilidə söküntünün hansı məqsədlə aparılması ilə bağlı hələ ki, məlumat yoxdur.

Bakı meriyası əməkdaşının verdiyi məlumata görə, söküntüyə səbəb həmin yolun genişləndirilməsidir. Otelin yerləşdiyi ərazinin bir hissəsində isə park salınacaq.

Qeyd edək ki, Yusif Səfərov və Heydər Əliyev prospekti istiqamətində, eyni zamanda əks istiqamətdəki yolda daim avtomobillərin hərəkətində sıxlıq müşahidə olunurdu.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın