Ana səhifə / Gündəm / AMEA-dan maliyyə pozuntusu ilə bağlı – Açıqlama

AMEA-dan maliyyə pozuntusu ilə bağlı – Açıqlama

“Göstərilən məsələ 2013-cü ildə baş verib”.

 

Bu sözləri Axar.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Baba Yaşaroğlu Genetik Ehtiyatlar İnstitutunda aşkar olunan maliyyə pozuntuları ilə bağlı Hesablama Palatasının təqdim etdiyi hesabata münasibət bildirərkən deyib.

 

Onun sözlərinə görə, 2013-cü ildə baş vermiş bu hadisə araşdırılır və hüquqi qiymət veriləcək:

 

“Lazımi araşdırmalar aparılır və hüquqi müstəvidə bu hadisəyə qiymət veriləcək. Hesablama Palatası qanunvericiliyə uyğun qaydada bunu qeydə alıb. Göstərilən məsələ 2013-cü ildə baş verib. Sadəcə, Hesablama Palatası hesabat verərkən bu hadisə də indi  göstərilib”.

 

Xatırladaq ki, Hesablama Palatasının 2014-cü il üzrə hesabatına görə, AMEA-nin Genetik Ehtiyatlar İnstitutunda həyata keçirilən audit nəticəsində ciddi maliyyə və hüquq pozuntularına, nöqsan və çatışmazlıqla yol verildiyi aşkar olunub. Hesabata əsasən, institutda auditin əhatə olunduğu dövrdə ümumilikdə 23 ştat vahidi artıq saxlanılmaqla onlara əmək haqqı ödənildiyi, “Ştatda olan işçilərin əmək haqqı” paraqrafına əmək haqqı üzrə yaranan qənaət məbləği hesabına nəzərdə tutulmayan əlavə, işçilər sanatoriya və kurort müalicəsində olduqları dövrdə, həmçinin elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu kitabçasının tələblərinə düzgün əməl edilməməsi nəticəsində artıq əmək haqqı ödənildiyi müəyyən edilib.

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın