Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Abbas Abbasova ultimatum verildi və şərt qoyuldu

Abbas Abbasova ultimatum verildi və şərt qoyuldu

“Milyarderlər İttifaqı”nın ən iddialı fiquruna Rusiya və Azərbaycan prezidentlərinə edilən şikayətlərin ardınca son xəbərdarlıq edildi: “Ya “AzerRos”un birləşdirici qurultayına qatıl, ya da çıx get!”; RATİ üzvünün 4 gün vaxtı qalıb…

Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyəti – “AzerRos” ətrafında situasiya gərgin olaraq qalır. Ötən yazılarımızda qeyd etdiyimiz kimi, səbəb “Milyarderlər İttifaqı” kimi tanınan Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqının (RATİ) əsas fiquru Abbas Abbasovun qurum daxilində parçalanma yaradıb öz hədəflərinə çatmaq səyləridir.

Məlum olduğu kimi, Rusiyanın siyasi dairələrində, hüquq-mühafizə orqanlarında mühüm dəstəyə və himayəyə malik olan Abbas Abbasov fevralın 20-də alternativ qurultay keçirərək faktiki surətdə “AzerRos”u parçalayıb. Təhlilçilər onun özünü bunca sərbəst və arxayın aparmasını, mövqeyini bəyənmədiyi tanınmış soydaşlarımızı mütəmadi şəkildə sıxışdırıb təhdid eləməsini, onları əsassız yoxlamalarla, hətta həbslərlə hədələməsini məhz bu amillə izah edirlər. 
Belə bir qənaət hasil olur ki, Azərbaycan baş nazirinin sabiq 1-ci müavini və ətrafı “kim bizimlə deyil, bizim düşmənimizdir” bolşevik məntiqinə sadiq qalaraq hərəkət eləməkdə və “AzerRos”u da bu yöndə vasitəyə çevirmək niyyətindədirlər. Bu və digər səbəblərə görə ötən həftə Azərbaycan diasporunun üzdə olan tanınmışları və fəalları hətta heç Rusiya vətəndaşı olmayan Abbas Abbasovun əməlləri ilə bağlı iki prezidentə – Vladimir Putinə və onun azərbaycanlı həmkarı İlham Əliyevə şikayət ünvanlayıb, iki prezidentdən kömək istəyiblər.
***
Vəziyyət isə hələ ki böhranlı olaraq qalır və hətta ümumrusiya səviyyəsinə qalxıb. Situasiya ilə bağlı “AzerRos”un demək olar, bütün regional bölmələri həyəcan təbili çalıb və çalmaqdadır. O sırada Ulyanovsk şöbəsi açıq müraciət yayaraq, qurumun “özəlləşdirilməsi” cəhdlərinin qarşını almağın, Abbas Abbasovun şəxsi ambisiyaları və maraqlarından doğan təxribatçı fəaliyyətini durdurmağın vacibliyini bəyan edib.
Bu mövzuda rusiyalı jurnalistə danışan şöbənin rəhbəri İslam Hüseynov Abbas Abbasovu hüquqazidd hərəkətlərlə “AzerRos”u məhvə sürükləməkdə ittiham edərək deyib: “Hər şey Söyün Sadıqovun sədrlikdən getməsi və onu Abbas Abbasovun əlaltısı Asif Məhərrəmovun əvəzləməsindən sonra başladı. Abbas Abbasovun özü isə ”Ağsaqqallar Şurası”na sədr oldu (artıq Şura ləğv edilib – S.Ş.) O vaxtdan daxili problemlər, çəkişmələr, münaqişələr başlayıb. Qurumun bölmələri bu iki şəxsə etiraz olaraq tədricən rəhbərlikdən uzaqlaşıb… Yaranmış durum Məhərrəmovu vadar elədi ki, istefaya getsin. Amma nədənsə Azərbaycan vətəndaşı olan Abbas Abbasov kənara çəkilmək istəmir və bilinmir nə məqsədləri var. Özünün hüquqazidd hərəkətləri ilə o, “AzerRos”u, hamımızı məhvə aparır”.
Çıxış yoluna gəlincə, regional şöbənin sədri bunu söyləyib: “Çox istərdik ki, ”AzerRos”un gələcəyi olsun. Çünki bu – Azərbaycan-Rusiya münasibətlərində mühüm rol oynayan böyük və güclü təşkilatdır. Lakin o halda belə bir rol qalacaq ki, parçalanmanın qarşısı alınsın. Bundan ötrü vahid, birləşdirici, tamamilə legitim bir qurultaya ehtiyac var. Elə bir qurultay ki, orada demokratik qaydada, nizamnaməyə uyğun surətdə bütün aktual problemlər həllini tapsın, qapadılsın. Birləşdirici qurultay aprelin 14-də olacaq. Əfsus ki, çağırışlara məhəl qoymaq əvəzinə, Abbas Abbasov və ətrafı fevralın 20-də öz “qurultaylarını” keçiriblər. Ancaq aprelin 14-ə kimi hələ vaxt var… Abbas Abbasov ya birləşdirici qurultaya qatılmalıdır, ya da “AzerRos”dan çıxıb getməlidir…”
***
Göründüyü kimi, “Milyarderlər İttifaqı”nın əsas fiquru və ətrafına faktiki surətdə ultimatum verilib və şərt qoyulub. Bəs Abbas Abbasov birləşdirici qurultaya gələcəkmi? Düşünmək üçün indi onun cəmi 4 gün vaxtı var. Ancaq bir şeyi dəqiqliklə söyləmək olar ki, onun qərarına Kremldən gələn mesaj, veriləcək komanda həlledici rol oynayacaq. Putinə ünvanlanan şikayətlərin təsirli olub-olmadığı da məhz onda bilinəcək.

 

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın