Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / “AAAF”la jurnalistlərin məhkəməsi yekunlaşdı – Qərarda yalnız ölkə.az-ın üzərinə məsuliyyət qoyuldu

“AAAF”la jurnalistlərin məhkəməsi yekunlaşdı – Qərarda yalnız ölkə.az-ın üzərinə məsuliyyət qoyuldu

Azinforum.az xəbər verir ki, bu gün “AAAF İnşaat” MMC-nin rəhbəri Tofiq Heydərovun 21 informasiya saytına qarşı qaldırdığı iddia ərizəsi ilə bağlı keçirilən məhkəmə iclasının yekun qərarı elan edilib.  Qeyd edək ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Aytən xanım Mirzəzadənin sədirliyi ilə sözügedən iddia üzrə bundan əvvəl  iki proses keçirilib. Bu gün keçirilən yekun iclasda iddiaçı tərəfin vəkili  iddia tələbinin həcminin azaldılması ilə bağlı vəsatətlə çıxış etdi. Həmin vəsatətdə bildirilirdi ki,  onlar bundan sonra iddia üzrə cavadeh qismində: ölkə.az,  modern.az, oxu.az, moderator.az, haqqin.az, anaxeber.az, qafqazinfo.az, bakunews.az və djb.az saytlarının  qalmasını, digər KİV-lərin isə adının iddia tələbindən çıxarılmasını istəyirlər. Hakim müşavirədən sonra yekun qərarı elan etdi. Qaldırılan iddia qismən təmin olundu.  Elan olunan məhkəmənin yekun qərarında bildirildi ki, yalnız ölkə.az saytı yayılan məqalənin həqiqətə uyğun olmaması ilə bağlı təkzib verib və üzr istəməlidir. Məhkəmə iddianın “50 min manat təzminatın cavdehdən tutulması” ilə bağlı hissəsini rədd etdi.

Azinforum.az  bldirir ki, məhkəmə çəkişməsinə səbəb ölkə.az saytının “AAAF” rəhbəri Tofiq Heydərovun həbs edilməsi ilə bağlı yaydığı və digər saytların ilkin mənbə kimi həmin sayta istinadən tirajladığı xəbər olmuşdu. İddiaçı tərəfin vəkili Məhkəmənin qərarından Apelliyasiya şikayəti verəcəklərini bildirib. Məhkəmə prosesinə cavdeh kimi cəlb edilən saytların sırasında Azinforum.az İnformasiya Portalının da adı vardı.

Çinarə SEYİDOVA

Azinforum.az

 

 

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …