Ana səhifə / Gündəm / 1781 əcnəbiyə Azərbaycanı tərk etmək üçün 48 saat vaxt verilib – Xidmət açıqladı

1781 əcnəbiyə Azərbaycanı tərk etmək üçün 48 saat vaxt verilib – Xidmət açıqladı

 Dövlət Miqrasiya Xidməti 2015-ci ilin aprel ayında 2422 əcnəbinin Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən, inzibati qanunvericiliyin tələblərinin pozması halları müəyyən edib.
Mia.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, qaydaları pozanlardan 16-ın Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 163 nəfərinə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 1781 əcnəbinin Azərbaycan ərazisini 48 saat ərzində tərketmələri, 462 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.
Ümumiyyətlə, ay ərzində Azərbaycan Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcədə vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 9000 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.
Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 50821 əcnəbinin müraciəti qeydə alınıb.
Bununla yanaşı işə götürənin ölkə qanunvericiliyinin tələblərini pozmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkar edilərək qarşısının alınması məqsədilə, Miqrasiya Xidmətinin müvafiq struktur bölmələrinin əməkdaşları ölkə ərazisində fəaliyyət göstərən 28 sahibkarlıq subyektində yoxlamalar aparıb. Keçirilən tədbirlər nəticəsində 23 sahibkarlıq subyektində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün iş icazələrinin alınması qaydalarının pozulması halları aşkar edilib.

 

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın