Ana səhifə / Gündəm / Əlil qalan vətəndaşın “Medilux”dan şikayətini eşidən yoxdur? – ARAŞDIRMA

Əlil qalan vətəndaşın “Medilux”dan şikayətini eşidən yoxdur? – ARAŞDIRMA

Bəlkə, baş həkim Ələkbər Həmidov arxayındır ki, Səhiyyə Nazirliyində onunla bağlı heç bir tədbir görülməyəcək?

Bu günlərdə Bakı şəhər sakini Saləddin Əbdurrəhimov Legion.az saytına müraciət edib. S.Əbdürrəhimov 2014-cü ildə “Medilux”un baş həkimi, respublikanın baş travmatoloqu Ələkbər Həmidov tərəfindən əməliyyat olunduğunu, lakin cərrahın vədlərinə baxmayaraq, iki ildə daha da pisləşərək əlilə çevrildiyini qeyd edib. Onun sözlərinə görə, Ə.Həmidov uğursuz əməliyyat nəticəsində onun ayaq bağlarını kəsib və hazırda yenidən əməliyyat olunması və müalicəm üçün 20 min manata yaxın pul lazımdır. S.Əbdürrəhimov həkimlərin səhvi ucbatından iki ildir işsiz qaldığını deyir. O, “Medilux”dakı uğursuz əməliyyatdan sonra “Turan” klinikasında da iki dəfə əməliyyat olunub, orda da endoprotezin ölçüsü düzgün hesablanmadığından, hələ sddefault-1də ayağının sağa-sola əsməsindən şikayətlənir. Qeyd edək ki, Ələkbər Həmidov həm də Səhiyyə Nazirliyi nəzdindəki komissiyanın üzvüdür. Bir sözlə, bu sahədə olan şikayətlərin araşdırılmasında birbaşa olaraq özü də iştirak edir. İndi oxucuda sual yarana bilər: Ələkbər doktordan şikayəti elə onun özünə etmək lazımdır? Bəlkə, elə buna görə də, Səhiyyə Nazirliyində onunla bağlı heç bir tədbir görülməyəcək? Olmaya, “Medilux” Klinikasının “uğurları”nın sirri elə bundadır? Xatırlatma üçün qeyd edək ki, Saləddin Əbdürrəhimov sayta müraciətində deyib: “Mən 6 fevral 2014-cü ildə avtomobil qəzasında dizimdən zədə almışam. Həmin vaxt problem yaşamadım, lakin hadisədən bir ay sonra dizim başladı şişməyə. Özüm H.Aslanov stansiyası yaxınlığında yaşayıram. Martın 17-də“Turan” klinikası yaşadığım yerə yaxın olduğuna görə, ora müraciət etdim. Məni göndərdilər rentgenə. Travmatoloq-ortoped Amir Bədəlov rentgenə baxanda dedi ki, “sənin xəbərin varmı, diz oynağın ovulub gedib, necə yeriyirsən?”. O, tomoqrafiya müayinəsi olunmasını və əməliyyat edilməsinin vacibliyini vurğuladı.Snimok-1-1 “Turan”da rentgendə işləyən kişi bizə Mus1148-1a Nağıyev Klinikasında Sveta adlı həkimin yanında tomoqrafiya etdirməyi tövsiyə etdi, həmçinin, əməliyyat olacağı halda “Medilux”da işləyən ağdamlı cərrah-travmatoloq (indi baş həkimdir) Ələkbər Həmidova müraciət etməyimizi məsləhət gördü.

Martın 18-də Ələkbər Həmidovun yanına getdim, o dedi ki, təcili əməliyyat lazımdır. Dəqiqləşdirmək üçün tomoqrafiya etdirdik. Tomoqrafiyaya baxandan sonra, Ələkbər doktor dedi ki, tomoqrafiya da mən deyəni göstərib, 2-3 günə əməliyyat olunmalısan. Şişin yatması üçün 1-2 iynə də yazdı. Əməliyyatın mahiyyəti barədə soruşsam da, dəqiq bir şey demədi, sadəcə belə cavab verdi: “Yeriyəcəksən də, nə istəyirsən?”.

Martın 20-də əməliyyata girdim. Əməliyyata görə, “Medilux”un kassasına 970 manat pul ödədik. Dörd saat əməliyyatdan sonra, iki gün daha “Medilux”da qaldım, sonra evə buraxdılar. İki ay da əməliyyat olunan sol qıçım gipsdə qaldı. O vaxtaşırı, gipsdən deşik açıb, dizimə yığılan mayeni çəkirdi, lakin son dəfə onun başdansovdu münasibəti məni şübhələndirdi. Həmçinin, dizimdə heç bir yaxşılaşma hiss etmirdim. Dəfələrlə çalışdım ki, Ələkbər doktorla danışıb bu probleminin səbəbini soruşum. Amma o, müxtəlif bəhanələrə məni başdan edir, “yaxşı olacaq, düzələcək” deyə arxayınlaşdırırdı. Noyabr ayına kimi belə davam etdi, noyabr ayında dizim başladı yenidən şişməyə”.

Onun sözlərinə görə, əməliyyatın uğursuz olduğunu gördükdən sonra dəfələrlə Ələkbər Həmidova zəng edib, görüşünə gedib, lakin “Medilux”un baş həkimiylə gör1456474460_20160226-120049linküşə bilməyib. O, “Medilux”da əməliyyat olunduğuna və ödədiyi məbləğə dair çek də ala bilməyib. S.Əbdürrəhimov həmçinin qeyd edib ki, o, Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının şöbə müdiri Cəfər Bəkirliyə müraciət edib.“O dedi ki, əməliyyatlardan biri zamanı, sol ayaq bağlarımı götürüblər, buna görə də, ayağın sözünə baxmır”, – deyə S.Əbdürrəhimov xatırladıb. Biz onun dediklərinin doğru olub-olmadığını yoxlamaq üçün, sənədlər tələb etdik. O, bizə əməliyyat üçün pul keçirdiyini təsdiq edən qəbzləri və epikrizləri təqdim etdi. Legion.az olaraq, S.Əbdürrəhimovu əməliyyat edən həkimlərlə danışmağa, əməliyyatların uğursuz olmasının səbəbini araşdırmağa qərar verdik.

“Medilux” Klinikasının baş həkimi Ələkbər Həmidov bildirib ki, o, Saləddin Əbdürrəhimov adlı xəstəni xatırlamır. “Bizim klinika burda olan bütün əməliyyatlara görə məsuliyyət daşıyır”, – deyə Ələkbər Həmidov IMG_1760-1bildirib. O, həmçinin qeyd edib ki, “Medilux”un həkimlərini qeyri-peşəkarlıqda ittiham etməzdən əvvəl, Saləddin Əbdürrəhimov müvafiq instansiyalara müraciət etməli idi. “Ancaq bu orqanlar müəyyən edə bilər ki, əməliyyat uğurlu keçib, yoxsa, uğursuz”, – deyə Ə.Həmidov vurğulayıb.Həmidov qeyd edib ki, o, Bakı şəhərinin baş travmatoloqudur. “Mənə düzgün keçirilməyən əməliyyatlarla bağlı çox müraciət edirlər”, – deyə baş həkim bildirib.“Uğursuz əməliyyatlar olanda vətəndaşlar sizə müraciət edir?” – deyə soruşduq, “Bəli” cavabı aldıq.“Deməli, Əbdürrəhimov da şikayət üçün sizə müraciət etməlidir?” – deyə jurnalistimiz sual verdi.“Qoy, hara lazım bilir, ora da şikayət etsin” – deyə Ə.Həmidov bildirdi.

Əbdürrəhimov əməliyyat edən başqa bir cərrah, “Turan” Klinikasının həkimi Amir Bədəlov bildirdi ki, Saləddin Əbdürrəhimov ilk əməliyyatı “Medilux”da edib. “Kəskinləşmənin səbəbini orda araşdırın”, – deyə Bədəlov bildirdi. Saləddin Əbdürrəhimov onun dediklərini təkzib etdi: “Mən ayaq bağlarımın götürülməsi barədə Cavad Bəkirlidən öyrəndim”. “Oksigen” Klinikasının həkimi Edlar Abbasov bildirdi ki, Saləddin Əbdürrəhimov adında xəstəni xatırlamır. Biz həmçinin, Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının şöbə müdiri Cəfər Bəkirli ilə əlaqə saxladıq. “Əgər əməliyyatlar uğurlu olsaydı, Saləddin Əbdürrəhimov ayaqları üstündə gəzə bilərdi, çəliyə möhtac qalmazdı”, – deyə Cəfər Bəkirli Legion.az-a bildirdi. Araşdırmamız davam edir.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın