Ana səhifə / Gündəm / Əhali təşviş içində, piştaxtalar boşalır – BAHALIQ ANONSU

Əhali təşviş içində, piştaxtalar boşalır – BAHALIQ ANONSU

Topdansatış mərkəzləri məhsul satışını dayandırıb, hamı Avropa Yay Oyunlarından sonranı gözəyir

Fevralda manatın devalivasiyaya uğramasından sonra ciddi bahalığın olacağı gözlənilsə də, hökumət inzibati metodlarla da olsa, qiymətləri əvvəlki səviyyədə saxlamağa nail olub. Amma bu yolla qiymətləri uzun müddət sabit saxlamağın mümkün olmadığı da dəqiqdir. Və günün birində manat kimi, qiymətlər də «çat» verməyə başlayacaq. Daha doğrusu, artıq «çat»lar əmələ gəlmək üzrədir.

İri marketlərdən fərqli olaraq, kiçik dükanlarda mal və məhsulların çeşidləri yavaş-yavaş piştaxtalardan «yoxa çıxmağa» başlayıb. Belə ki, əksər dükanlarda bəzi zəruri ərzaq malları da daxil olmaqla, bir sıra məhsulların azaldığı və qəhətə çıxdığı müşahidə edilir. Əməkdaşlarımızın dükan sahibləri ilə söhbəti zamanı belə məlum olub ki, vitrinlərdəki mal qıtlığının yaranmasının səbəbi onlar deyil, topdansatış mərkəzləridir.

Satıcılar vurğulayırlar ki, martın əvvəlindən etibarən toplansatış mərkəzlərinin əksəriyyəti müxtəlif mal və məhsulların satışını dayandırıblar. Onlar bununla üzləşə biləcəyi zərərin qarşısını almağa və vaxt udmağa çalışırlar. Yəni, ümid edirlər ki, tezliklə rəsmi qaydada bahalaşmaya start veriləcək və onlar da mallarını baha qiymətə sataraq, zərərdən xilas olacaqlar.

Apardığımız araşdırma zamanı məlum olub ki, faktiki olaraq dükanlardakı vitrinlərdən qəhətə çıxan məhsullar arasında bəzi kolbasa növləri, şəkər tozu, qənd, çay, uşaq bezləri və daha bir neçə adda mallar da var. Dükan sahiblərinin dediyinə görə, indiki vəziyyət hələlik «toyagetməlidir». Çünki ən ağır durum Birinci Avropa Yay Oyunlarından sonra başlayacaq. Onların sözlərindən belə başa düşülür ki, qeyd olunan idman yarışlarından sonra Azərbaycanda qiymətlər sərbəst buraxılacaq. Eyni zamanda, həddindən artıq ciddi bahalıq meydana çıxacaq. Üstəlik, bunun hərc-mərcliklə müşahidə ediləcəyi də deyilir.

Azinforum.az

 

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın