Çərşənbə axşamı , Dekabr 11 2018
Ana səhifə / Gündəm / “Üzümü ölkə daxilindəki bədxahlarımıza tuturam…” – Yaqub Mahmudov

“Üzümü ölkə daxilindəki bədxahlarımıza tuturam…” – Yaqub Mahmudov

“Bu gün Tarix İnstitutuna qara yaxanlar var. “Facebook”da, orda-burda ağızlarını əyə-əyə bizi ermənifobiyada ittiham edirlər”.

APA-nın xəbərinə görə, bu sözləri azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş elmi-praktik konfransda AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib. “Xocalıda günahsız insanları qətlə yetirən ermənilərin başını sığallamalıyıq?! Mən instituta rəhbərlik etdiyim dövrdə 412 kitab çap olunub. Bunun yalnız 12-si soyqırımılarla bağlıdır. Mən üzümü ölkə daxilindəki bədxahlarımıza tutaraq deyirəm ki, bizim yazdığımız əsərləri oxusunlar və fikirlərini dəyişsinlər“, – deyə o, söyləyib.

Y. Mahmudov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı Hindistan arxiv sənədləri əsasında kitablar çap olunacaq.

VIPedu.BIZ

Həmçinin oxuyun

Adı azyaşlı şagirdi ilə ailə qurmaqda hallanan Mirismayıl Xələfli rəsmi sənədlərlə iddiaları təkzib edir-FOTO

“Space” televiziyasında yayımlanan “El bizim- sirr bizim” verilişinə qonaq qismində dəvət olunan jurnalist  Mirismayıl Xələflinin …