Çərşənbə axşamı , Oktyabr 16 2018
Ana səhifə / Gündəm / Tədris Akademiyasının rəhbəri jurnalistlə yaşanan qalmaqaldan danışdı: “Təhqiredici ifadələri mən yazmamışam…”

Tədris Akademiyasının rəhbəri jurnalistlə yaşanan qalmaqaldan danışdı: “Təhqiredici ifadələri mən yazmamışam…”

Bugünlərdə Azinforum.az İnformasiya Portalında Ağdaş rayonunda yaşayan jurnalist Murad Musayevlə həmin rayonun Təhsil Şöbəsinin müdirinin oğlu “Dilək” Tədris Akademiyasının rəhbəri Rəhman Cəfərli arasında yaşanan qalmaqalla bağlı yazı təqdim edilib. Qeyd edək ki,  Azinforum.az həmin yazını başqa bir KİV-ə istinadən tirajlayıb.  Redaksiyamızla əlaqə saxlayan Rəhman Cəfərli barəsində səslənən ittihamlarla bağlı onun da fikirlərinə yer verməyi bizdən xahiş edib. Biz KİV haqqında qanunun tələblərini rəhbər tutaraq R. Cəfərliyə bu şəraiti yaratdıq.

” Bir neçə gündür rəhbərlik etdiyim “Dilək” Tədris Akademiyasının fəaliyyətinə xələl gətirmək məqsədi ilə özünü jurnalist kimi təqdim edən Murad Musayev adlı şəxs akademiyamızda keçirilən növbəti sınaq imtahanları barəsində saytlara böhtan xarakterli məlumatlar göndərib. Murad Musayevin, mənim və rəhbərlik etdiyim akademiya haqqında dedikləri tam qərəzli və böhtandır Onun məqsədi rayon Təhsil Şöbəsinin müdiri işləyən anam Hürü Əliyeva haqqında mənfi fikir yaratmaqdır. Rəhbərlik etdiyim “Dilək” Tədris Akademiyasının Hürü Əliyevaya heç bir aidiyyəti yoxdur. Bu akademiya özümə məxsus olan şəxsi MMC-dir və qanuni şəkildə işləyir. Dövlətin vergisini verirəm. İşçilərlə qanunu şəkildə əmək müqviləsi bağlamışam. Murad Musayev deyir ki, guya akademiyada keçirilən sınaq imtahanlarına uşaqları məktəb direktorlarına təzyiq yoluyla cəlb edirik . Bu akademiyamıza atılmış iftiradır. Ötən ayın 26-27- si akademiyamızda sınaq imtahanları keçirilib. Hər ay belə  imtahanlar  keçiririk. Bu imtahanlar keçirilməmişdən əvvəl imtahan və tarixi haqqında akademiyanın şəxsi instagram, sayt və “feyzbuk” profili vasitəsi ilə reklamlarımızı edirik. Bizi seçən uşaqlarada sınaq imtahanlarımızı keçiririk. Dediyim kimi, imtahanlarda iştirak etmək könüllüdür. Hansı valideyn istəyirsə, bu imtahanlara bilet alır. Biletin qiyməti  3 manatdır.

Qeyd edim ki, Ağdaş rayonunda “Nizami2 məktəbi var. Bu məktəbdə minə yaxın şagird oxuyur. Sonuncu sınaq imtahanında “Nizami” məktəbindən cəmi üç şagird iştirak edib. Əgər Murad Musayevin dediyi kimi sınaq imtahanlarına uşaqları təzyiq yoluyla yığsaydıq,  həmin imtahanda üç yox,  beş yüz şağird iştirak edərdi . Ağdaş rayonunda 75-ə yaxın tam orta məktəb var. sonuncu sınaq imtahanında cəmi 25 məktəbin şagirdləri iştirak edib.

Sonda qeyd edim ki, watsapp nömrəmdən Murad Musayevə qarşı təhqiredici ifadələri mən yazmamışam. Bunu müxtəlif yollarla telefonumdan istifadə edərək kimlərsə yazıb. Bununla bağlıda hüquq mühafizə orqanlarına müraciət etmişəm.Hal-hazırda rayon polis şöbəsində araşdırma aparılır”.

Çinarə SEYİDOVA,

Azinforum.az

Həmçinin oxuyun

Deputatın şirkətində narazılıq var… – GİLEY

“Biz, deputat Ağalar Vəliyevin “Azəraqrartikinti” ASC şirkətinin işçiləri olaraq Gəncə Su Kanalizasiya sisteminin yenidənqurulması layihəsində …