Çərşənbə , Dekabr 19 2018
Ana səhifə / Gündəm / “Rəis xəstə oğlumu hərbi xidmətə göndərməkdə israr edir” – ŞİKAYƏT

“Rəis xəstə oğlumu hərbi xidmətə göndərməkdə israr edir” – ŞİKAYƏT

Sumqayıt şəhər sakini, Qarabağ müharibəsi veteranı Rüstəmov Seyfəddin Rüstəm oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevə şikayət ərizəsi ilə müraciət edib. 
Surəti Dövlət Təhlükəsizlik Xidmətinin rəisi,  general-leytenant Mədət Quliyevə, Baş prokuror Zakir Qaralova, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənova, Ombudsman Elmira Süleymanovaya və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimova ünvanlanan müraciətin bir nüsxəsi də “AzPolitika.info”ya göndərilib. Həmin müraciəti qısa ixtisarla təqdim edirik.

Sened“Şikayətim Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Sumqayıt Şəhər İdarəsindəndir.
Həqiqi hərbi xidmətə çağırışla əlaqədar 27.12.2017-ci ildə Sumqayıt şəhər 2 saylı poliklinikasında müayinə edilərkən, qan azlığı və ürəyində qüsurlar aşkar edilən oğlum – 19.08.1999-cu il təvəllüdlü, Rüstəmzadə Xəzər Seyfəddin oğlu təkrarən müayinədən keçməsi üçün öz nümayəndələrinin iştirakı ilə yenidən həmin poliklinikaya göndərilmişdir. Təkrar müayinə zamanı oğlumda qan azlığı və ürəyindəki qüsur bir daha təsdiqini tapsa da, müayinənin nəticəsi mənə təqdim edilmədi.

Həkim komissiyasının rəyi ilə tanış olmaq üçün SHXÇDX-nin Sumqayıt Şəhər İdarəsinin rəisi Natiq Qarayevin qəbulunda oldum. İdarənin həkimi Eldar İsmayılovun iştirak etdiyi görüşdə rəis Natiq Qarayevdən həkim komissiyasının qərarı ilə məni tanış etməsini təkidlə tələb etməyimə baxmayaraq, buna imkan verilmədi. Rəis, şəxsi işə əlavə edilmiş rəyə baxaraq, oğlumun ürəyində qüsur olmasını təsdiq etsə də, 2018-ci ilin 10 yanvar tarixinədək oğlumu hərbə xidmətə göndərəcəyini bildirdi.

1510232617_arzurehimovBu haqda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsi Arzu Rəhimova və Natiq Qarayevə rəsmi qaydada şikayətimi bildirdikdən sonra mənim iştirakımla oğlumu 03.01.2018 tarixində idarəyə dəvət etdilər.

Dövlət Poliklinikamızın həkimlərinə inanmayan idarə, bu dəfə öz nümayəndəsinin müşayiəti ilə oğlumu müayinə məqsədilə İNTERMED özəl klinikasına göndərdi.

Özəl klinikanın həkim-kardioloqu Ayaz Əliyev oğlumu müayinə etdikdən sonra onun bu vəziyyətdə hərbi xidmətə göndərilməsinin oğlumun həyatı üçün təhlükəli olduğunu, qısa zamanda onun müalicə alması üçün xəstəxanaya yerləşdirilməsinin vacibliyini bildirdi.

Lakin bütün bunlara baxmayaraq, SHXÇDX-nin Sumqayıt Şəhər İdarəsininin rəisi ürəyi qüsurlu, qanazlığı 78 olan (norma üzrə 140) oğlumu hərbi xidmətə göndərməkdə israr edir.

Biz, əslən Qarabağlıyıq. Özüm də Qarabağ müharibəsi veteranıyam. Ali Baş Komandanımızın əmri ilə istənilən an ərazi bütövlüyümüz, Dövlətimiz uğrunda mübarizəyə hazıram. Oğlumun da hərbi xidmətə yollanmasını, Vətən qarşısında borcunu verməsini ürəkdən arzu edirəm. Lakin oğlumun ürəyində aşkar edilən qüsur və qanazlığı buna yol vermir. Müalicə alıb tam sağaldıqdan sonra oğlumun ön cəbhəyə göndərilməsini şəxsən Ali Baş Komandanımızdan xahiş edəcəyəm.

Ali Baş Komandanımız İlham Əliyev Cənablarının komandanlığı altında, yaradıcısı Heydər Əliyev olan şanlı ordumuzun döyüş hazırlığı dəfələrlə artırılaraq, Qafqazın ən güçlü ordusuna çevrilmişdir. Sağlamlıq qüsuru olan oğlumu hərbi xidmətə yollamaq, oğlumun həyatını təhlükəyə atmaqdan başqa, qüdrətli Azərbaycan Ordusunun getdikcə durmadan artan nüfuzuna kölgə salmaqdan başqa bir şey deyil. Şanlı Azərbaycan Ordusunun sağlamlıq qüsuru olan əsgərə ehtiyacı yoxdur!

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdarəsində süni olaraq yaradılan bu cür neqativ halların qarşısı dərhal alınmalıdır!

Xahiş edirəm Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdarəsində yoxlamalar apararaq, belə neqativ halların qarşısının alınması üçün aidiyyatı qurumların rəhbərlərinə göstəriş verəsiniz.

Öncədən Sizə minnətdarlığımı bildirirəm.

Qarabağ müharibəsi veteranı Rüstəmov Seyfəddin Rüstəm oğlu
Unvan: Sumqayıt ş, 2-ci mk/rn, ev-16A/39, mən.-31.”

SenedSeyfeddin-1Seyfeddin-2123

VIPedu.BIZ

Həmçinin oxuyun

“Ailə TV” Xırdalanda niyə “çöküb”? – Sakinlər provayderi məhkəməyə vermək istəyir…

“Ailə TV” adlı internet provayderi Xırdalan əhalisini cana yığıb.  Bu barədə məlumatı Azinforum.az-a “Abşeron gənclər …