Şənbə , Fevral 16 2019
Ana səhifə / Gündəm / Prezident onlara general rütbəsi verdi

Prezident onlara general rütbəsi verdi

Prezident İlham Əliyev Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında  sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Ceyhun Əkbər oğlu Həsənova ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilib.

Penitensiar xidməti rəisinin müavinləri Məhərrəm Allahverdi oğlu Qafarova və Oqtay İlyas oğlu Məmmədova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.

Nazirliyin aşağıdakı əməkdaşları isə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi ilə təltif olunublar:

Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Fazil oğlu Əbilov

Bələdiyyələrlə iş mərkəzinin rəisi Zahir Məmməd oğlu Əlizadə

İcra baş idarəsinin rəisi Nurəddin Yusif oğlu Mustafayev.

Həmçinin oxuyun

Dünya çempionu həbs edildi – Arvadını döyüb

Azərbaycanın kikboks üzrə 4 qat dünya çempionu Anar Süleymanov həbs olunub. “Qafqazinfo”nun verdiyi xəbərə görə, …