Cümə , Fevral 22 2019
Ana səhifə / Gündəm / Özünü “ikinci allah” adlandıran mollanın fəaliyyəti DAYANDIRILACAQ – YOXLAMA BAŞLAYIR (VİDEO)

Özünü “ikinci allah” adlandıran mollanın fəaliyyəti DAYANDIRILACAQ – YOXLAMA BAŞLAYIR (VİDEO)

Xəbər verdiyimiz kimi, Lerik rayonunun Kaqoy kəndində özünü “ikinci allah” adlandıran Məmmədsəfa adlı molla peyda olub. Hətta, onun yanına gəlib-gedən şəxslər arasında bir sıra tanınmış insanlar, məmurlar və incəsənət adamları da var.
Son günlər sosial şəbəkələrdə müzakirəyə səbəb olan Məmmədsəfa kişinin qanunsuz fəaliyyəti Lerik rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən sabah dayandırılacaq.
Bu barədə Unikal.org-a açıqlamasında Lerik Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov məlumat verib:
“Biz videoya bu gün baxmışıq. Bizdə olan məlumata görə video 2017-ci ildə çəkilib. Həmin kəndin icra nümayəndəsi ilə əlaqə saxladıq. Bildirildi ki, Məmmədsəfa kişinin yaşadığı Astaranın kəndi bizim Kaqoy kəndinə yaxın olduğu üçün arada bura gəlib, sözügedən fəaliyyətlə məşğul olur. İcra başçısına məlumat verilib. Qabaqlayıcı tədbirlər görüləcək. Rayonun polis idarəsinə də bu barədə məlumat verilməsi planlaşdırılır. Çox güman ki, komissiyanın tərkibində polis əməkdaşları da olacaq. Məmmədsəfa kişi ucqar kənddə olduğu üçün ora sabah getməyi planlaşdırdıq. O, kişi Lerik yox, Astara rayonunun sakinidir. Bu ilin əvvəlindən ora gəlib və bu fəaliyyətlə məşğul olmağa başlayıb. Sabah bizim icra hakimiyyətinin dini məsələlər üzrə müvafiq komissiyası onun fəaliyyətini dayandıracaq. Onu da qeyd edim ki, bu vaxta kimi həmin şəxsdən icra hakimiyyətinə hər hansı bir şikayət daxil olmayıb”.
Famil Fərhadoğlu

Həmçinin oxuyun

Habil Məmmədovla bağlı gizli faktlar üzə çıxdı: o, ayda 120 min manat…

Vergilər Nazirinin sabiq müşaviri, hazırda Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müşaviri vəzifəsində işləyən Habil Məmmədovla …