Çərşənbə , Sentyabr 26 2018
Ana səhifə / Gündəm / Murad Musayevin ziqzaqlı gedişləri Ağdaşdakı məmur ailəsi ilə jurnalistləri üz-üzə qoyub

Murad Musayevin ziqzaqlı gedişləri Ağdaşdakı məmur ailəsi ilə jurnalistləri üz-üzə qoyub

Bayram, qeyri iş günü olmasına baxmayaraq, bu gün Reportyor.info saytının Baş redaktoru Arifə Əliyevanın jurnalist fəaliyyətilə bağlı gərgin anlar yaşadığının şahidi olduq. Əvvəlcə jurnalist   hansısa saytın rəhbəri tərəfindən Ağdaş Rayon Təhsil Şöbəsinin (ARTŞ) müdirinin  oğlu barədə yazılan köhnə yazı ilə bağlı sorğu-suala çəkildiyinə dair öz səhifəsində status paylaşdı. Üstündən bir neçə saat keçəndən sonra isə Arifə xanım açıq bir nömrədən ona zəng gəldiyini və  yenə məlum yazıya görə təhdid edildiyiə dair məlumatı öz səhifəsində ictimailəşdirdi.  Məsələyə aydınlıq gətirmək üçün, Arifə Əliyeva ilə əlaqə saxladıq. Jurnalist Azinforum.az saytına açıqlamasında bildirdi ki,  bir müddət əvvəl criminal.az saytına istinadən onun rəhbərlik etdiyi KİV-də  Ağdaş Rayon Təhsil Şöbəsinin müdirinin oğlu Rəhman Cəfərlinin həmin rayonda fəaliyyət göstərən Murad Musayev adlı bir jurnalistlə aralarında yaranan qalmaqala dair material dərc edilib:

“Mənə açıq nörmrədən zəng edən şəxs dərhal həmin yazını saytdan götürməyi tələb etdi. Çox maraqlıdır ki, o , mənimlə konkret hədə-qorxu tonunda danışırdı. Onun yanından radiostansiya ilə danışığın aparıldığına dair səslər də açıq eşidilirdi. Bəlkə də belə ab-havanı məndə xof yaratmaq üçün təşkil etmişdilər. Həmin adam mənə deyirdi ki, criminal.az saytı bağlanıb və onun sahibi həbs olunubsa, niyə məlum  yazı  reportyor.info-da qalmalıdır?  Mən ona bildirdim ki, əvvəla, onun dediyi jurnalist həbs edilməyib və saytın hansısa səbəbdən bloklanması heç də kiməsə bizimlə hədə tonunda danışamağa  və deyilən yazını saytdan silməyə əsas vermir. Mən artıq baş verən hadisə ilə bağlı 102 xidmətinə məlumat vermişəm”.

Azinforum.az olaraq məsələyə aydınlıq gətirmək üçün, barəsində söhbət gedən yazıda adı çəkilən ARTŞ-nin müdirinin oğlu Rəhman Cəfərli ilə əlaqə saxladıq. O, saytımıza açıqlamasında bildirdi ki, həmin yazıdakı faktlar həqiqəti əks edirmədiyi üçün, onlarbməsələnin hüquq müstəvisində həll edilməsi varinatını məqbul sayiblar:

“İndi hansısa sayt  yalanı yox, həqiqəti tirajlayırsa, biz ona  görə də cavab verməliyik?  Bu işlərin hamısının arxasında  jurnalist Murad Musayev durur. Çünki məlumatın ilkin mənbəyi odur. Onunla da biz hüquq müstəviində məsələni həll edəcəyik. Onda kimin haqlı olduğu üzə çıxacaq. Bizim tərəfimizdən hər hansı xanım jurnalistə yazının çıxarılması ilə bağlı təhdid tonunda zəng edilməyib. Biz hüquqlarımızı gözəl bilirik. Əminəm ki, bu məsələni gərginləşdirməyə çalışan hansısa  şəxslərin işidir. Mən və anam iki aydır ki, yanlış informasiya terroru ilə üz-üzə qalmışıq. Barəmizdə heç bir əsası olmayan məlumatlar paylaşılır. Biz bunun  həlli üçün yegənə məqbul yol kimi məhkəməyə üz tutmağı gördük”.

Barəsində söz açılan yazı bizim də sayta tanış olduğu üçün, Azinforum.az olaraq məsələyə  aydınlıq gətirmək istərdik.  Bir müddət əvvəl, Ağdaşda jurnalist kimi fəaliyyət göstərdiyini deyən, Murad Musayev sosial şəbəkələrdə istifadə etdiyi Sadiq Ağdaşlı adlı profilindən bizə yazdı ki, rayonda onun peşəkar fəaliyyətinə mane olurlar və o, açiq təhdidlə üzləşib. Buna görə də, bizdən məsələyə müdaxilə etməyi xahiş etdi və bizə başqa bir saytda barəsində dərc edilən yazının linkini göndərdi. Həmin yazının başlıca mövzusu onunla Rəhman Cəfərli arasında yaşanan qalmaqala həsr olunmuşdu.  Sözügedən məqaləni biz də saytımızda yerləşdirdik. Bir neçə gündən sonra, Murad Musayev  bizə xüsusi təşəkkürünü bildirdi ki, məsələ ictimailəşəndən sonra, qarşı tərəf ondan uzürhaqlıq edib. Ondan bir gün sonra isə Rəhman Cəfərli bizimlə əlaqə saxlayaraq, barəsində saytımızda yazılan məlumatın həqiqət olmadığını dedi və bizdən cavab haqqını  dərc etməyi tələb etdi.  Biz mövzuya dair onun da mövqeyini dərc etdik. Bundan bir neçə gün sonra isə jurnalist olduğunu söyləyən Murad Musayev Azinforum.az-la əlaqə saxlayaraq bildirdi ki, bəs, tərəflər arasında barışıq olub,  bu səbəbdən də, onun yazdığı təkzibi dərc etməyi xahiş etdi. Biz  dəfələrlə Murad Musayevdən ona təzyiqin olub-olmadığını soruşduq. O, öz növbəsində ən müqəddəs nəyi varsa, ona and içdi ki, belə şey olmayıb, sadəcə barışıq tərəfdarıdır. Nəticədə biz Murad Musayevin saytımızın elektron ünvanına göndərdiyi təkzibi yerləşdirdik.  Murad Musayevin təkzib mətnini bu linkə tıklamaqla  oxuya bilərsiniz.

Ən maraqlısı isə bunun ardınca  yaşandı, bir neçə gün sonra,   Murad Musayev “Kanal 13” adlı  internet televiziyasının ekranında görünərək, yenidən əvvəlki ampluasına qayıtdı və TŞ-nin rəisi Hürü Əliyeva ilə Ağdaş Rayon Polis Şöbəsinin  əməkdaşlarını  tənqid, hətta təhqir etməyə başladı. Doğrusu,  biz Murad Musayevin bu cür ziqzaqlı hərəkətlərində peşəkar jurnalistikaya xas olan nəsə  tapa bilmirik. Hələ də bzim üçün bəzi suallara açıq olaraq qalır:

Murad Musayev ilkin mövqeyindən niyə geri çəkildi və təkzib verdiyi halda, sonradan niyə yenidən eyni adamların üzərinə hücuma keçdi?

Bu gün onun yazısına görə, qalmaqala düşən jurnalistlərlə bağlı yaşananlara niyə mövqe bildirmir?

Murad Musayev bu cür hərəkətləri öz istəyi ilə edir, yoxsa onu bu  əməllərə kimsə təhrik edir?

Bu maraqlı sualları Murad Musayevin özü ilə aydınlaşdırmağa çalışacayıq.

M. Mirzəyev,

Azinforum.az

Həmçinin oxuyun

“Özsüt”də müştərilərə BİABIRÇI XİDMƏT… – Köhnə şorba, menyuya uymayan yeməklər…

Məkan 1938-ci ildə Türkiyədə yaranıb. Azərbaycandakından fərqli olaraq, restoran Türkiyədə müştərilərə yalnız şirniyyat növləri təqdim …