Cümə axşamı , Dekabr 13 2018
Ana səhifə / Gündəm / Məni Alışanovdan çox, AzTv-nin adı narahat edir…

Məni Alışanovdan çox, AzTv-nin adı narahat edir…

Son vaxtlar diqqətimi mühüm bir məqam çəkir. Söhbət Azərbaycan Dövlət Televiziyasının rəhbəri Arif Alışanovun üzərinə edilən media hücumundan gedir. Hətta bəzən bunun bir kampaniya xarakteri daşıdığına dair də şübhələrim ortaya çıxır.  Çünki  bizə məlumdur ki, bəzi aparıcı  media qurumları heç də  məmurlar barədə məhkəmələrdə səslənən bütün fikirlərin olduğu kimi tirajlanmasında maraqlı olmur. Onu da başa düşürəm ki, media üçün bu maraqlı və cəlbedici  mövzudur. Ancaq gəlin etiraf edək ki, biz heç də bizim üçün maraqlı sayılan  və məmurlardan bəhs edilən  bütün mövzularla bağlı belə canfəşanlıq da göstərə bilmirik . Hətta bunu etmək istəsək də, müxtəlif vasitələrlə bizə səhv yolda olduğumuzu, media prinsiplərinə riayət etmədiyimizi çatdırırlar. Bu mövzu ilə bağlı isə vəziyyət bir qədər fərqlidir və  bəzi medaia orqanlarımızın bu istiqamətdə olduqca  sərbəst davarnışı nəzərə çarpır.

Mənim Alışanov  adlı adamla yaxından və uzaqdan heç bir əlaqəm olmayıb ki, onun iş prinsipi, necə jurnalist  və ya rəhbər olduğu ilə bağlı nəsə fikir yürüdüm. Görürəm ki, son zamanlar onun tənqid və bir çox hallarda ağır cinayət törətməklə bağlı ittiham edildiyi məsələlər Alışanovun jurnalistika  sahəsindəki fəaliyyətinə deyil, işdən kənar olan mövzulara aiddir. Səslənən məsələ  ətrafında bir balaca araşdırma aparandan sonra məlum oldu ki, Alışanovla biznes münasibətində olan hansısa bir makler onun çox pullu olduğunui görüb və yaratdığı mütəşəkkil dəstənin köməkliyi ilə AZ.TV sədrinə suiqəsd etməyi planlaşdırıb. (Elan olunan ittiham aktında bu məqamlar var- müəllif)

Hərçənd ki, Alışanovun tutduğu vəzifənin maaşı ilə ilə onun satın aldığı obyektlərin qiyməti arasında ciddi təzad üzə çıxır. Bununla da razıyam ki, Alışanov vicdanlı məmurdursa,  onda onun deyilən məbləğdə və həcmdə  var- dövləti olmamlıdır. Bu, tamamilə başqa bir mövzunun söhbətidir. İndi Alışanovun həbs etdirdiyi adam, yəni təqsirləndirilən şəxs məhkəmədə Alışanovun haqqında nə istəyir danışır. Hazırda həbsdə olan həmin şəxsə ağır maddələrlə konkret ittiham elan olunub və çox güman ki, o ağır cəza alacağını gözləyir. Həmin təqsirləndirilənin məhkəmədə verdiyi ifadələrin qərəzli, bəzən isə böhtan olmadığına da kimsə zəmanət verə bilməz.

Hüquq elmində bu cür hallara ” təqsirləndirilənin cinayətdən boyun qaçırmaq üçün, özünü müdafiə etmək cəhdi” kimi qiymət verilir. Ancaq ən maraqlısı budur ki, bizim media həmin adamın ağzından çıxan bütün ifadələri olduğu kimi tirajlayır. İndi gəldik ən maraqlı məqama. Alışanovun həbs etdirdiyi və hazırda dəmir barmaqlıqlar arasında olan şəxs məhkəmədə deyib ki, AzTv sədri özü ilə rayona gətirdiyi bir qızı  dərədən aşağı  yuvarladaraq öldürüb. Bizim media quruluşları dərhal, müxtəlif sensasion başlıqlarla həmin məlumatı tirajladı.

Yəni, biz əlimizdə heç bir mötəbər dəlil, sübut olmadan, yalnız ağır cinayət törətməkdə təqsirli bilinən hansısa şəxsin ifadələrinə əsasən, ölkənin ən nüfuzlu postlarından birini tutan və mühüm strateji əhəmiyyətə malik olan Dövlət Televiziyasına rəhbərlik edən bir şəxsi insan qatili kimi cəmiyyətə təqdim etdik. Qanunvericilikdə bu hal üçün ciddi məsuliyyət nəzərdə tutulur. Şəxsi xüsusilə ağır cinayət törətməkdə ittiham etməklə bağlı cinayət məcəlləsində konkret maddələr var. Ən maraqlısı isə budur ki, Alışanovun özü bu ağır ittihamlara cavab vermir.

Halbuki verməlidir və yeri gəlsə, özünü təmizə çıxarmaq üçün, hüquqi prosedurların aparılmasına baş vurmalıdır. Onun özü bunu istəməyə bilər, ancaq tutduğu önəmli postun adı  bunu tələb edir. Nəzərə almalıyıq ki, Alışanovun tutduğu vəzifəyə təyinat birbaşa Prezident sərəncamı ilə reallaşır. Mənə elə gəlir ki, dövlətin əlaqədar qurumları da Alışanovdan bu məsələ ilə bağlı izahat tələb etməlidir. Çünki mediada səslənən fikirlər kifayət qədər ciddidir və ilkin araşdırmaların aparılamsı üçün əsas ola bilər. O da aydındır ki, bu məsələnin iki başı var. Ya Alışanov barədə yalan fikirlər səslənir və mediamız onu tirajlayaraq AzTv sədrinə  böhtan atır. Yox, əgər yazılanlar doğrudursa, onda onun barəsində mütləq zəruri istintaq hərəkətləri aparılmalıdır.

Məni bu məsələdə daha çox Alışanov deyil, Dövlət Televiziyamızın adı narahat edir.  Alışanovun özü də bu məslələnin araşdırılmasında maraqlı olmalıdır ki,  özü və rəhbərlik etdiyi mühüm qurumla bağlı müəmmalar aradan götürülsün.

M.QƏRİBLİ,

Azinforum.az

VIPedu.BIZ

Həmçinin oxuyun

Xətainin icra başçısı işdən çıxarıldı

Prezident İlham Əliyev  Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edib. “Qafqazinfo” xəbər …