Çərşənbə , Sentyabr 26 2018
Ana səhifə / Gündəm / Elmar Vəliyevin köməkçisini də vəzifəsindən uzaqlaşdırdı

Elmar Vəliyevin köməkçisini də vəzifəsindən uzaqlaşdırdı

Gəncə Şəhər İcra Hakimiyyətinin yeni başçısı Niyazi Bayramov Elmar Vəliyevin köməkçisini tutduğu vəzifəsindən azad edib.
Unikal.org-un əldə etdiyi məlumata görə, Niyazi Bayramovun müvafiq əmrinə əsasən Hacızadə Tural Yaşar oğlu icra başçısının köməkçisi vəzifəsindən azad edilərək, onu İnformasiya təminatı və təhlili sektoruna aparıcı məsləhətçi vəzifəsinə təyin edilib.
N.Bayramovun digər əmrinə əsasən, Kamran Məhərrəmov Gəncə Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi vəzifəsinə təyin olunub.
Sözügedən xəbəri Gəncə Şəhər İcra Hakimiyyətindən Unikal.org-a təsdiqləyiblər.
Qeyd edək ki, K.Məhərrəmov bundan əvvəl də Niyazi Bayramovun Mingəçevir İcra Hakimiyyətində köməkçisi olub.

Həmçinin oxuyun

“Özsüt”də müştərilərə BİABIRÇI XİDMƏT… – Köhnə şorba, menyuya uymayan yeməklər…

Məkan 1938-ci ildə Türkiyədə yaranıb. Azərbaycandakından fərqli olaraq, restoran Türkiyədə müştərilərə yalnız şirniyyat növləri təqdim …