Cümə , Yanvar 18 2019
Ana səhifə / Gündəm / “Cəbrayılovun toxunulmazlığı qaldırılsın” – Zərərçəkənlərin Milli Məclisdən tələbi var

“Cəbrayılovun toxunulmazlığı qaldırılsın” – Zərərçəkənlərin Milli Məclisdən tələbi var

Deputat Rafael Cəbrayılovla bağlı şikayətlərin ardı-arası kəsilmir. İş xanımı Məlahət Qurbanovanın ötən həftə açıqladığı faktlardan sonra digər şikayətçilər də hərəkətə keçiblər. Məhkəmə qərarı olduğu halda deputat və yaxınlarından özünün külli-miqdarda pullarını ala bilməyənlər, mənzil pulunu ödədikləri halda evsiz qalanlar Cəbrayılova qarşı birlikdə mübarizə aparmaq niyyətindədirlər.

Yenicag.az xəbər verir ki, öz əl yazısı ilə borc aldığını etiraf edən, ancaq üç ildən bəri müxtəlif dövlət qurumlarının onu aldatdığını deyərək, borcunu ödəməyən deputat Cəbrayılovla bağlı sensasiyalı faktlar mətbuat konfransında açıqlanacaq. Aldığımız məlumatda deyilir ki, hazırda Məlahət Qurbanovanın vəkilləri sənədlər və digər faktlar üzərində çalışırlar. Digər şikayətçilərin əlində olan sənədlərin də toplanmasından sonra birgə mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, deputat Cəbrayılovla bağll maliyyə aktları, borc müqavilələri, mənzil satışı ilə bağlı sənədlər və bu məsələdə şikayətçilərin əlini gücləndirən digər dəlillər hazırdır. Yaxın günlərdə şikayət səbəblərini media ilə bölüşəcək zərərçəkənlər eyni zamanda Milli Məclisdən Cəbrayılovun toxunulmazlığının qaldırılmasını da tələb edəcəklər.

VIPedu.BIZ

Həmçinin oxuyun

Bakıda külək dayanacağı dağıtdı – FOTOLAR

Ötən gecədən paytaxt Bakıda güclənən küləyin fəsadları artıq hiss olunmağa başlayıb. Azinforum.az-ın məlumatına görə, paytaxtın …