Şənbə , Dekabr 15 2018
Ana səhifə / Gündəm / Azərbaycanın ən vicdanlı hakimi barəsində intizam icraatı başlayıb

Azərbaycanın ən vicdanlı hakimi barəsində intizam icraatı başlayıb

Azərbaycanın məhkəmə-hüquq sistemindəki problemlər, çatışmamazlıqlar  heç kəsə sirr olmasa da vətəndaşların qanuni haqlarını qoruyan, ədalətli qərar verən hakimlərimiz  də az deyil.

Ölkəmizin hakim korpusunda ən ləyaqətli, ədalətli hakimlərdən biri də Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Kollegiyasının hakimi Namiq Cəfərovdur.

Ancaq bu vicdanlı hakimin yaxın zamanlarda cəzalandırılacağı gözlənilir.

Belə ki, Gununsesi.org-u bilgiləndirən mənbənin sözlərinə görə,  Namiq Cəfərov barəsində Məhkəmə Hüquq Şurasında başladılan intizam icraatı onu tanıyanları şoka salıb.

Gununsesi.org-un xəbərinə görə, Məhkəmə -Hüquq Şurası bu vicdanlı hakimi cəzalandırmaq üçün hərəkətə keçib.

Bunun  səbəbini araşdırarkən isə Ali Məhkəmə rəhbərliyinin qəzəbinə tuş gəlməsi göstərilir.

Araşdırmamız zamanı onu da öyrəndik ki, vaxtilə Suraxanı və  Binəqədi tayonlarında hakim kimi çalışan Namiq Cəfərov faəliyyəti dönəmində rüşvətdən uzaq olan ədalətli məhkəmə hakimi kimi ad çıxarıb. Məhz  hakim olaraq öz peşəsinə  ləyaqətlə sadiq qalması digər həmkarlarından hər zaman  onu fərqləndirib.

Olduqca sadə həyat tərzi keçirən Namiq Cəfərov Sovet istehsalı olan avtomobilini belə dəyişə bilməyb.

Bu insanı  tanıyanlar onu da bildirib ki, bəzi hakimlər kimi naharını hansısa restoranlarda deyil, özüylə işə gətirdiyi yeməklə edir.

Namiq Cəfərov haqqında intizam icraatının başlaması Azərbaycanın hüquq ictimaiyyətində ciddi məyusluğa səbəb olub.

Ümid edirik ki, Məhkəmə-Hüquq Şurasının sədri Cənab Fikrət Məmmədov və Şuranın üzvləri Namiq Cəfərov barəsində ədalətli qərar çıxaracaq.

Məsələ ilə bağlı Namiq Cəfərovun özünün mövqeyini öyrənməyə çalışsaq da bu cəhdimiz baş tutmadı.

Mövzuya qayıdacağıq.

 

 

VIPedu.BIZ

Həmçinin oxuyun

Xətainin icra başçısı işdən çıxarıldı

Prezident İlham Əliyev  Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edib. “Qafqazinfo” xəbər …