Bazar , Dekabr 16 2018
Ana səhifə / Gündəm / 22 saylı məktəbdə biabırçılıq: direktor xanıma biədəb söz dedi… – Video

22 saylı məktəbdə biabırçılıq: direktor xanıma biədəb söz dedi… – Video

Sabunçu rayonundakı 22 nömrəli məktəbin direktoru Azər Ələkbərovun valideynlərə əxlaqsız təkliflər etdiyi iddia olunub.

Bu barədə Axar.az-a adının açıqlanmasını istəməyən valideynlərdən biri məlumat verib.

O bildirib ki, valideynlər bir problemlə əlaqədar direktorun qəbuluna gediblər. O isə valideynlərə “gedin, paltarınızı dəyişin gəlin, bulvarda söhbət edək” deyib.

Buna etiraz olaraq, valideynlər ötən gün məktəbin önünə etiraz üçün toplaşıblar. A.Ələkbərov valideynlərin önünə çıxmayıb və məktəbin qapısı bağlanıb. Direktorun etikadankənar təklif səslədirərkən, o söhbətdə iştirak edən xanım valideynlərdən birinin həyat yoldaşı isə məktəbin qapısının şüşəsini qırıb və Azər Ələkbərovun valideynlərin önünə çıxmasını tələb edib.

Ötən gün başlayan etirazların hazırda da davam etdiyi bildirilir. Valideynlərə A.Ələkbərovun işdə olmadığı. bu gün işə çıxacağı bildirildiyi üçün, valideynlər hazırda məktəbdədir. İddiaya görə, valideynlərdən biri əsəblərinə hakim ola bilməyib və direktora xəsarət yetirib.

***

22 saylı məktəbdən ötən gün etiraz edən valideynlər tərəfindən şüşələrin qırıldığı və ciddi narazılıq olduğu təsdiqlənib. Qeyd olunub ki, məsələ ilə bağlı Sabunçu RPİ-yə məlumat verilib və polis əməkdaşları hadisə yerinə baxış keçiriblər.

Qeyd edək ki, bu, Azər Ələkbərovla bağlı ilk neqativ olay deyil. O, rəhbərlik etdiyi məktəbdə 9-cu sinif şagirdi Rauf Orucovu döyməsi və başqa olaylarla bir müddət əvvəl də gündəmə gəlmişdi.

VIPedu.BIZ

Həmçinin oxuyun

Mübariz İbrahimovu təhqir edən BDU-nun 3-cü kurs tələbəsidir

Azinforum.az Milli Qəhrəman Mübariz İbrahimovu təhqir edən Nərmin Şahmarzadə barədə maraqlı məlumat əldə edib. Araşdırmamız …