22 İyun 2017, Cümə axşamı

Fotonuzu “vatsap”a qoymayın! – Təhlükə var!..

13:07 | 12.01.2017
542 dəfə oxundu

“WhatsApp-dakı profilinizə fotonuzu qoymayın!..”  Moderator.az Rusiyanın  İslam saytlarına istinadla yazır ki, belə bir xəbərdarlıqla Dağıstan Müsəlmanları Ruhani İdarəsinin rəhbəri, müfti Əhməd-hacı Abdulayev çıxış edib. İslam ruhanisinin bu ciddi tövsiyəsini  müftinin davamçılarından biri olan Şirvani Kuşiyev öz profilində yayıb.
Xəbərdarlıq şər məxluqların insana qarşı  fəaliyyəti ilə əsaslandırılıb:  “Öz şəklinizi   “vatsap”dakı profilinizin baş  foto yerinə qoymayın. Dağıstan müftisi “Vatsap” da olanlara belə məsləhət görür. Çünki bu foto vasitəsi ilə sizə qarşı cadu, bədnəzər və s. edərək zərər vura bilərlər…”