24 İyun 2017, Şənbə

Dünyada məcburi köçkünlərin sayı 65,6 milyona çatıb

21:42 | 19.06.2017
300 dəfə oxundu

2016-cı ilin sonunda bütün dünyada məcburi köçkünlərin sayı 65,6 milyon nəfərə çatıb.

Bu, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının 2016-cı il üzrə açıqladığı hesabatında bildirilir.

Hesabatda qeyd olunur ki, bu rəqəm bu günədək qeydə alınan ən yüksək göstəricidir.

2015-ci ildə bütün dünyada məcburi köçkünlərin sayı 65,3 milyon nəfər olub. (Trend)