Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / Yeni doğulmuş uşağın genini dəyişdirdiyini iddia edən çinli alim: “Uğurumdan qürur duyuram…”

Yeni doğulmuş uşağın genini dəyişdirdiyini iddia edən çinli alim: “Uğurumdan qürur duyuram…”

Çində süni mayalanma ilə əmələ gələn embrionların DNK-sını dəyişdirərək, AİDS-ə qarşı immunitet yaratdığını iddia edən alim He Jiankui, insan genlərini dəyişməyin etik olmadığını söyləyənlərə qarşı özünü müdafiə edib.

Musavat.com bu barədə xarici mediaya istinadən məlumat verir. Honq Konqda təşkil olunan bir görüşdə çıxış edən He öz işi ilə qürur duyduğunu və ikinci bir uşağın genini dəyişdirməyi bacardığını söyləyib.

He Jiankui süni mayalanma zamanı HİV virusunun hecüyrələrə daxil olmasına imkan yaradan CCR5 genini DNK zəncirindən kənarlaşdırdığını iddia edir.

Çinli alimin bu yeni işi hələlik heç bir qurum və ya digər alimlər tərəfindən təsdiq olunmayıb.

He Jiankuinin işlədiyi Cənubi Şenzen Elm və Texnologiya universitetinin rəsmiləri də sözügedən kəşfdən xəbərsiz olduqlarını bildirib.

Çox sayda alim sağlam embrionların üstündə belə bir təcrübənin aparılmasının heç bir etikaya sığmadığını söyləyir.

He Jiankui Lulu və Nana adını verdiyi əkizlərin sağlam şəkildə dünyaya gəldiklərini və 18 yaşlarına qədər onları nəzarətdə saxlayacağını bildirib.

He, çalışmalarını savundu ve tüm katılımcıların gönüllü olarak deneylerde yer aldığını söyledi.

HİV virusu daşıyan kişilərdən hamilə qalmış 7 qadının təcrübəyə cəlb ounduğunu bildirən He onlarla könüllü şəkildə bu prosesə başladığını da qeyd edib.

“Bunun adı canavarlıqdır”

Yerli mətbuata müsahibə verən Oksfort universitetinin professoru Julian Savuleku “Əgər belə bir araşdırma realdırsa, bunun adı canavarlıqdır. İnsan genetikası ilə oynamaq heç bir etik normaya sığmır. Heç kim də bunun siğortasını verə bilməz ki, bu uşaqlar böyüyəndə sağlam olacaqlar”, deyə vurğulayıb.

Həmçinin oxuyun

Senat Ukrayna və İsrailə yardım paketini təsdiqləyib

ABŞ Senatında Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi, Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə verilməsi üçün …