Şənbə , Oktyabr 20 2018
Ana səhifə / Dünya / Türklər Azərbaycanda nə vaxt və harada səs verəcəklər?

Türklər Azərbaycanda nə vaxt və harada səs verəcəklər?

24 iyunda Türkiyədə keçiriləcək növbədənkənar prezident və parlament seçkiləri ilə əlaqədar bu gün ölkə hüdudlarından kənarda ilk səsvermə keçirilib.

İk olaraq Almaniya, Avstriya və Fransada yaşayan Türkiyə vətəndaşları bu ölkələrdəki diplomatik nümayəndəliklərə, yaxud yaşadıqları ərazilərdə onlara ən yaxın seçki məntəqələrinə gedərək səs veriblər.

Xaricdə yaşayan Türkiyə vətəndaşlarının səsverməsi üçün 60 ölkədə 123 təmsilçilikdə seçki məntəqələri yaradılıb. Azərbaycanda yaşayan Türkiyə vətəndaşları isə 17 iyunda səsvermə hüquqularından istifadə edəcəklər.

Ölkəmizdə yaşayan türklər Türkiyənin Bakıdakı səfirliyi, Gəncə və Naxçıvandakı konsulluqlarda səs verə biləcəklər.

Qeyd edək ki, Türkiyədə prezident kürsüsü uğrunda 6 namizəd mübarizə aparır.

Həmçinin oxuyun

Camalın qətlində şübhəli bilinən diplomatın görüntüləri yayıldı

Şahzadə Məhəmməd bin Salmanın yaxın adamı olan Maher Əbdüləziz Mutrebin 2 oktyabrda jurnalist Camal Kaşoqidən …