Ana səhifə / Dünya / Türkiyənin Kilis şəhəri Suriya ərazisindən raket atəşinə tutulub – FOTO

Türkiyənin Kilis şəhəri Suriya ərazisindən raket atəşinə tutulub – FOTO

Suriya ərazisindən Türkiyənin Kilis şəhərinə 4 raket atılıb.

“Anadolu” xəbər verir ki, hadisə nəticəsində bir nəfər yüngül yaralanıb.

İki raket yaşayış evlərinə, biri isə iş yerinə tuş gəlib. Dördüncü raket boş əraziyə düşüb.

Raketlərin düşdüyü evlərdə kiçik həcmli yanğınlar baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər alovu lokallaşdırıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …