Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Dünya / Türkiyədə 10 universitet bölünəcək

Türkiyədə 10 universitet bölünəcək

Türkiyədə hökumət 15 yeni universitetin qurulması üçün yeni qanun layihəsini Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edib. Qanun layihəsi ilə İstanbul, Qazi və İnönü universitetləri başda olmaqla 10 təhsil ocağı bölünəcək.

Sputnik Azərbaycan “Haber7“ə istinadla xəbər verir ki, TBMM-ə təqdim olunan layihəyə görə, Qaziantep Elm və Texnologiya, Samsun, Sivas Elm və Texnologiya, İstanbul Tuna və İzmir Tınaztepe adlarında 5 yeni universitet yaradılacaq.

Bunlarla yanaşı, mövcud 10 universitet (İstanbul, Qazi, Səlcuq, İnönü, Sakarya və digər universitetlər) bölünəcək. Bu universitetlərdən çıxarılacaq bəzi fakültələrə əlavə olunacaq başqa fakültələrlə daha 10 yeni universitet təsis ediləcək.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …