Ana səhifə / Dünya / Türkiyə ABŞ-la Menbiç danışıqlarına başlayır

Türkiyə ABŞ-la Menbiç danışıqlarına başlayır

Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül Menbiçlə bağlı yeni açıqlama verib.

AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, nazirin sözlərinə görə, Menbiçin gələcək taleyinə dair ABŞ nümayəndələri ilə görüş keçiriləcək.

“Menbiç üçün yol xəritəsi barədə 4 iyunda ABŞ nümayəndələri ilə görüşümüz olacaq. Bölgəmizdə bu məsələ ilə əlaqədar olan bütün prosesləri diqqətlə izləyirik. Ötən həftə Milli Təhlükəsizlik Şurasının iclasında da bu məsələ müzakirə edildi. Bu mövzuda ABŞ ilə konstruktiv və qarşılıqlı maraqları qoruyacaq şəkildə lazımi addımların atılacağına inanırıq. Bu, Suriya məsələsinin həllinə kömək edəcək bir mərhələ olacaq” – deyə Gül bildirib.

Qeyd edək ki, Türkiyə KİV-lərində Mövlud Çavuşoğlu ilə Mayk Pompeo arasında iyunun 4-də Vaşinqtonda keçiriləcək görüşdən sonra Suriyada Fərat çayının qərb sahilində yerləşən Menbiç rayonunun mərhələli şəkildə 1 ay ərzində PKK-nın Suriya qolu olan PYD-YPG terrorçularından təmizlənməsi planının işə salınacağına dair məlumatlar yayılıb.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …