Türkiyəyə ən çox hansı ölkənin vətəndaşları səfər edir?- Açıqlandı

Türkiyəni ziyarət edən xarici ölkə vətəndaşları siyahısına Rusiya başçılıq edir.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Miqrasiya İdarəsi məlumat yayıb.

İnformasiyaya əsasən, 2017-ci ildə Türkiyəni Rusiyanın 4 milyon 702 min 482 vətəndaşı ziyarət edib. İkinci yerdə Almaniyadır. Bu ölkədən Türkiyəyə 3 milyon 519 min 206 nəfər səyahət edib. İran 2 milyon 497 min 812 nəfər turistlə üçüncü yerdədir.

2016-cı ildə Türkiyəyə səfər edən turistlərin sayı 24 milyon 686 min 471 nəfər olub. 2017-ci ildə bu rəqəm 7 miloyn 371 min 745 nəfər artaraq 32 milyon 58 min 216-ya çatıb.

Qeyd edək ki, Azərbaycan Türkiyəyə səyahət edənlər siyahısında ilk onluqdadır.