Çərşənbə axşamı , Sentyabr 25 2018
Ana səhifə / Dünya / Türkiyə ilə Rusiya S-500 raket komplekslərini birgə istehsal edə bilər

Türkiyə ilə Rusiya S-500 raket komplekslərini birgə istehsal edə bilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə S-500 raket komplekslərinin birgə istehsalını təklif edib.

Bu barədə Türkiyə prezidenti TV 24 telekanalına müsahibəsində bildirib.

“Rusiya bizə S-400 zenit-raket kompleksləri üzrə əlverişli kredit şərtləri təqdim edib. Növbəti  mərhələlərdə isə birgə istehsala başlayacağıq. Mən  Putinə S-500-ləri birlikdə istehsal etməyi təklif etdim”, deyə Ərdoğan vurğulayıb.

Ərdoğan həmçinin Rusiyadan S-400 zenit-raket komplekslərinin tədarükü  ilə bağlı ABŞ və NATO-nun tənqidlərinə cavab verib: “Bəs Yunanıstanın S-300-ləri barədə niyə susurlar? Türkiyəyə qarşı belə bir siyasətin yürüdülməsi anlaşılmazdır.  Biz daim müdafiə sənayemizin tələbatlarını təmin etməyə çalışacağıq”.(APA)

Həmçinin oxuyun

Yeni “iPhone” smartfonlarının zərbəyə davamlılığı yoxlanıldı – VİDEO

“Apple” şirkətinin istehsal etdiyi “iPhone” Xs və Xs Max smartfonlarının zərbəyə davamlılığı yoxlanılıb. “SquareTrade” şirkətinin …