Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Türk nazir jurnalistə əsəbiləşdi: “Belə müsahibə olmaz” – VİDEO

Türk nazir jurnalistə əsəbiləşdi: “Belə müsahibə olmaz” – VİDEO

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlunun Almaniyada “Deutsche Welle”nin “Konflikt zonası” verilişində verdiyi müsahibə zamanı gərginlik yaşanıb.
Azinforum.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, Çavuşoğlu müsahibənin gedişində jurnalist Tim Sebastyanın tez-tez onun sözünü kəsməsinə əsəbiləşib.
Nazir jurnalistdən onun sözünü kəsməməsini tələb edib:
“Danışmağıma icazə vermirsiniz. Sualınızı verirsiniz, dediyim ilk cümlədən sonra sözümü kəsirsiniz və məndən daha çox şərh verirsiniz. Belə müsahibə olmaz. Sualınızı verin, şərhinizi əlavə edin və mən cavablayana qədər sözümü kəsməyin. Əgər Türkiyənin xarici işlər nazirini bu formada təhqir etmək istəyirsinizsə, bu doğru yol deyil. Siz hörmət etmirsiniz”.
Qeyd edək ki, gərginlik anları videoda 5:37 – 6:25 dəqiqələr arasındadır.

Həmçinin oxuyun

Simonyan Rusiyaya işğalçı dedi – Moskvadan qorxaq cavab 

Alen Simonyan bütün ağlasığmaz sərhədləri keçib. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının …