Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / Trampın psixoloji problemi olmadığı elan edildi, amma şübhələr çəkilmədi

Trampın psixoloji problemi olmadığı elan edildi, amma şübhələr çəkilmədi

Amerika tarixində bir çox prezidentlərin xəstəliyi gizlədilib, onlardan 10-u hətta ölkəni idarə etmək qabiliyyətində olmayıb…

Ağ Evin həkimi prezident Donald Trampın əla sağlamlığa malik olduğunu deyib. Keçən həftə 71 yaşlı prezident bu postda ilk dəfə tibbi müayinədən keçib və məlum olub ki, o, sap-sağlamdır. Bu, bütün dünyanın maraqla gözlədiyi rəylərdən biri idi. Çünki hakimiyyətə gəldiyi ilk gündən etibarən onun səhhətində, xüsusən də psixoloji durumunda problemlər olduğu ilə bağlı fikirlər vardı.

Jennifer Robin “Washington Post ile ilgili görsel sonucu

Özü də bunu sıradan insanlar yox, ciddi ekspertlər açıqlayıblar. Məsələn, “Washington Post” qəzeti prezidentin sağlamlığında psixoloji cəhətdən ciddi problemlərin olduğunu bildirib. Bu barədə yazan köşə yazarı Cenifer Robin “Bu prezidentin psixoloji cəhətdən ciddi problemləri var. O, etimad olunası insan deyil və ciddi problemlərlə üzləşiləcək. Bu məsələ çox ziyanlıdır. Problem burdadır ki, prezidentimiz qalmaqal yaradır və terrorçuların hücumuna məruz qalan şəhərin (Londonun) merinə hücum etmək fürsətindən istifadə edir. O, dünyanın ən pis insanıdır. Tramp adətən Ağ Evin nəzarət etdiyi məlumatların 180 dərəcə əksini deyir”, – deyə bildirib.

Ötən ilin oktyabrında da ABŞ-ın bir qrup psixoloqu Nyu-Yorkda aksiya keçirərək bu ölkə prezidentinin kənarlaşdırılmasını istəyib. Kornel Universitetinin psixoloqu Herri Siqal aksiya zamanı deyib: “Zəiflik və dəyərsiz emosiyasından qaynaqlanan Trampın gizli qorxusunu onun hər hansı tənqid qarşısında müqavimət metodunu dərk etmək mümkündür”. Başqa bir psixoloq Mişel Qoland “Nyu-York Post”a deyib: “Tramp heç nədən vaz keçmir və ölkə onun narsist şəxsiyyətindən əziyyət çəkir”.

“The Duty to Warn PAC”. ile ilgili görsel sonucu

“The Duty to Warn PAC” adlı qrup 100-dən çox psixoloq və səhiyyə ekspertindən ibarətdir. Bu qrup ABŞ-da aksiyalar təşkil etməklə Trampın psixoloji problemləri haqda xəbərdarlıq etməyə çalışır. “Nyu-York Post”un məlumatına görə, bu qrupun qənaətincə, Trampın psixi vəziyyəti elə bir durumdadır ki, o, nüvə müharibəsini başlada bilər. Ötən il ölkənin Yel (Yale) Universitetində toplanan psixoloqlar Trampın təhlükəli xəstəliyə qapıldığını və prezidentliyə yararlı olmadığını söyləyiblər.

Doktor Con Qartner deyib: “Bizim əxlaqi borcumuzdur ki, xalqımıza Trampın psixoloji problemləri barədə məlumat verək. O, paranoya xəstəliyinə qapılıb və bunu seçildiyi ilk gün sübut etdi”.

Rusiyanın korparativ kəşfiyyat mütəxəssisi Yelena Larina isə “Komsomolskaya Pravda”ya deyib ki, hamıda olduğu kimi Trampda da uşaqlıq dövrünün gərginlikləri şəxsiyyətə təsir edib. “Tramp ailəsinin ögey münasibət gördüyü doğmalarındandır. Anası kiçik qardaşını, atası isə böyüyünü əzizlərmiş. Donald isə diqqət azlığından əziyyət çəkirmiş. Donald dərslərini zəif oxuyur, pis vərdişlərə qurşanıbmış. Amma yenə missiz və mister Tramplar uşağın vəziyyəti ilə maraqlanmırmışlar. Özbaşına böyüyən Donaldı o vaxtkı Vyetnam müharibəsinə də aparmayıblar. Bioqrafiyasında buna səbəb dabanındakı sümükləşmə göstərilsə də, əslində məktəbdə özünü pis aparmağı, sinif yoldaşlarına qarşı daim aqressiv olması səbəb olub”, – deyə o qeyd edib.

Öz növbəsində Oksford Universitetinin psixoloqu Kevin Datton deyir ki, Trampda psixoloji çatışmazlıqlar Hitlerdən daha çoxdur: “Hitlerdə çılğınlıq göstəricisi 169 dərəcə olubsa, Trampda 171-dir”. Harvard Universitetinin professoru Hovard Hardner isə əmindir ki, Tramp narsisizmdən əziyyət çəkir və cəmiyyət üçün təhlükəli adamdır. Onda narsisizmin ən dəhşətli əlaməti var: empatiya əskikliyi, yəni insanların halına acımamaq, özü etdiyi səhvdən peşman olmamaq.

Həmçinin mütəxəssislər onun danışdığı yalan dərəcəsini də ölçüblər. Belə məlum olub ki, Tramp çıxış və müsahibələrinin birində yalnız 4%, digərində 12%, başqa birində isə 14% həqiqəti danışıb. Yerdə qalan nitqi tamamilə absurd və yanlışdır. Bildirilir ki, Amerikanın ondan əvvəlki 44 prezidentinin heç biri bu qədər yalan danışmayıb. Yəni Tramp yalan danışmaqda rekord vurur. Amma psixoloqlar xəbərdarlıq edirlər ki, dəli olmaq axmaq olmaq deyil. Trampın hiyləgər idarəçiliyini qiymətləndirməyən özünə ziyan etmiş olar. Amma Tramp çıxışlarının birində bir həqiqəti söyləyib ki, o da bütün yalanlarına dəyər. Adam açıq-aydın bildirirdi ki, Amerika bütün ölkələrdən üstündür, onun xalqı da alidir (burda Hitlerlik damarı tutub). Başqa sözlə, Tramp qlobalist yox, imperialistdir.

Gördüyünüz kimi, bir tərəfdə onlarla həkim, psixoloq və ekspertin rəyi, digər tərəfdə isə Ağ Evin həkimi Ronny Jacksonun dedikləri. Hansı daha inandırıcı və etibarlıdır? “Yeni Müsavat” azərbaycanlı ekspertlərdən də bu məsələ ilə bağlı rəy öyrənib.

Orxan Fərəcli ile ilgili görsel sonucu

Psixiatr Orxan Fərəcli müşahidələrinə əsasən, onda hər hansı psixi pozğunluq olmaması ilə bağlı qənaətini bölüşdü. Dedi ki, sadəcə, ABŞ prezidentinin davranışlarında özünəməxsusluq var ki, bu da bir çox hallarda insanlara qəribə görünür: “Davranışlarını müşahidə edərkən belə qənaətə gəlmək olur ki, o, sadəcə, emosinaldır və etik məqamları nəzərə almır. Bu isə xarakter cəhətidir, psixoloji pozuntu sayıla bilməz. Amma mən onunla bağlı bir məlumatı oxumuşdum ki, onda tez-tez əllərini yuma, salfetdən istifadə etmə vərdişi var. Bu, obsetiv pozuntuya uyğun gələn və bir çox adamda özünü göstərən haldır. 3-4 saatdan bir insanın əllərini yuması, yaş salfetlə silməsi normal hal kimi qəbul olunur”.

Daha bir rəy Trampın psixoloji problemlərinin olmadığı yönündə oldu. Amma bu günə qədər səhhətində problem olan və amerikalı həkimlər tərəfindən bu problemin gizlədildiyi bir çox prezidentlər olub. “Yeni Müsavat” bu şəxsləri, eləcə də onların xəstəlik tarixçəsini xatırlatmaqla bir paraleli nəzərə çatdırır.

Başlayaq Franklin Ruzveltdən. Keçmişdə Amerika prezidentlərinin narahatlıqlarının yanlış diaqnoz edildiyi və ya gizləndiyi dönəmlər olub. Uşaq yaşlarında keçirdiyi uşaq iflicinə görə çətinliklər yaşayan Franklin Ruzvelt onlardan biridir. 39 yaşından sonra dəstək olmadan yeriyə bilmirdi. 4 dönəm prezidentlik edən Ruzvelt özəl həyatında istifadə etsə də, cəmiyyətin qabağına təkərli araba ilə çıxmadı. Bu vəziyyətdən onunla üz-üzə görüşən dünya liderləri də xəbərdar idi. Yüksək təzyiqinin və ürəyindəki problemlərin artdığı son dönəmdəki namizədliyini isə xalqdan gizlətdi. Vəzifə müddətini tamamlaya bilmədən ürək çatışmazlığından öldü.

Ronald Reyqan: Trampdan öncə ən yaşlı prezident idi. 69 yaşında prezident olan Reyqan “Səhhətim pozularsa, vəzifədən gedərəm” demişdi. Ailəsində alzheimer vardı. Onun da prezidentlikdən getdikdən 6 ay sonra alzheimer olduğu açıqlandı. Vəzifədə ikən bu problemi yaşadığına dair konkret bir sübut ortaya çıxmasa da, mövzu hər zaman müzakirə olundu.

Grover Cleveland: O da 1893-cü ildə keçirdiyi xərçəng əməliyyatını gizlətmişdi. Ağzındakı bir şişin götürülməsi üçün ailə dostu olan cərrah və heyətinin yanında əməliyyatı gerçəkləşdirilmişdi. Əməliyyat 25 il boyunca ictimaiyyətdən gizlədilib.

Con Kennedi: Ən gənc prezidentlərdən olan Con Kennedi sağlam və gümrah bir prezident imici yaratmışdı. Amma Ağ Evə gəldiyi zaman hipotiroidi, bel ağrıları və Addison narahatlığı vardı. Ağrıları o qədər şiddətli idi ki, gizli servisin “Xəstəyə yaxşı təsir edən həkim” adlandırdığı Max Jacobson da tez-tez iynə vurmaq üçün Ağ Evə çağırılırdı.

Amerika cəmiyyətinin haqqında danışdığı 2006 tarixli bir arayış da var. Sözügedən arayışa görə, Amerikanın ilk 37 prezidentindən 18-də psixiatrik problemlər olub. Bir çoxunun problemləri depressiya ilə bağlı idi. Araşdırmaya görə, əslində 18 prezidentdən 10-u zehni problemə görə ölkəni idarə edə bilməyəcək durumda olub.

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …