Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Dünya / Trampın BMT-dəki bu çıxışına dünya liderləri güldü – “Bunu gözləmirdim” +Video

Trampın BMT-dəki bu çıxışına dünya liderləri güldü – “Bunu gözləmirdim” +Video

Dünən BMT Baş Assambleyasında çıxış edən ABŞ prezidenti Donald Tramp gözlənilməz reaksiya ilə qarşılaşıb. “Qafqazinfo” xəbər verir ki, idarəçiliyi dövründə ABŞ-ın tarixinin ən böyük nailiyyətlərini yaşadığını deyən Trampın bu sözlərinə zaldakı dünya liderləri ucadan gülüblər. Gülüş səslərini eşidən Tramp “belə reaksiya gözləmirdim, lakin problem yoxdur” deyə qarşılıq verib. 

Tramp çıxışı zamanı kəskin açıqlamaları ilə diqqət çəkib. Qlobalizmin dəyərlərini inkar edən ABŞ liderinin çıxışını şərh edən “New Yorker” qeyd edib ki, bu çıxış “Ağ Evlə dünya arasındakı artan uçurumu” göstərdi.

“Biz qlobalizm ideologiyasını rədd edir və patriotluq ideologiyasını qəbul edirik” deyə Tramp bəyan edib. Ağ Ev rəhbəri BMT tribunasından ABŞ-ın düşmənlərini tənqid etmək üçün də istifadə edib. KXDR-i və onun lideri Kim Çen Inı tərifləyən Tramp Venesuelanı sərt tənqid edib: “Biz bura toplaşan bütün ölkələrdən Venesuelada demokratiyanın bərpa edilməsi ilə bağlı çağırışımıza qoşulmağı xahiş edirik”.

Tramp eyni zamanda, bildirib ki, Tehran öz siyasətini dəyişəcəyi təqdirdə İran rəhbərliyi ilə görüşməyə hazırdır: “Bu, baş verəcək. Hesab edirəm ki, onların seçimi yoxdur. Biz İranla yaxşı əlaqələr qurmaq istəyirik, lakin bu, indi baş verməyəcək”.

 

 

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …