Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / Trampdan Tillersona qarşı qeyri-adi hərəkət: “Reks ,salat ye!”
President Donald Trump looks to Secretary of State Rex Tillerson after he was sworn in in the Oval Office of the White House in Washington, Wednesday, Feb. 1, 2017. (AP Photo/Carolyn Kaster)

Trampdan Tillersona qarşı qeyri-adi hərəkət: “Reks ,salat ye!”

ABŞ prezidenti Donald Tramp Çində səfərdə olarkən o vaxt dövlət katibi vəzifəsini tutan Reks Tillersona köhnə “Sezar” salatını yeməyi əmr edib.

AzVision.az xəbər verir ki, bu barədə “Wall Street Journal” nəşri məlumat yayıb.
Nəşr yazır ki, hadisə Donald Trampın və Tillersonun Asiya turnesi çərçivəsində Çin parlamentində baş tutan qəbul vaxtı olub. Salatın yeyilmədiyini görən Tramp bunun Amerika nümayəndə heyətini qəbul edən çinlilərdə inciklik yaradacağından ehtiyat edərək dövlət katibini həmin salatı yeməyə məcbur edib.

“Reks ,salat ye” – deyə Tramp bildirib.

Qeyd edək ki, ötən gün ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonu tutduğu vəzifədən azad edib. ABŞ prezidenti bildirib ki, Tillersonun yerinə Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi Mayk Pompeo təyin olunub. Tramp Tillersona təşəkkür edib, yeni dövlət katibinin fantastik iş görəcəyini vurğulayıb.

Bundan əlavə ABŞ tarixində ilk dəfə Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi vəzifəsinə qadın – Gina Haspel təyin edilib.

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …