ABŞ Prezidenti Donald Tramp Qüds qərarından sonra daha bir qalmaqallı addım atıb.
Belə ki, Tramp ABŞ-dan fərqli olaraq Qüdsün BMT tərəfindən İsrailin paytaxtı kimi tanınmamasına qəzəblənərək bu quruma ayrılan vəsaiti azaltmaq qərarına gəlib.
Belə ki, ABŞ-ın 2018-2019-cu ildə BMT-nin saxlanması üçün çəkilən xərcləri 250 milyon dollar azaldacağı məlum olub.
Qeyd edək ki, Tramp Qüds qərarını dəstəkləməyən ölkələrə ayrılan maliyyə yardımının kəsiləcəyini bəyan etmişdi.