Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Tbilisidə metro işçilərinin tətili davam edir – VİDEO

Tbilisidə metro işçilərinin tətili davam edir – VİDEO

Tbilisi metrosunun etiraz aksiyası keçirən maşinistləri ilə şəhər meri Kaxi Kaladze arasında aparılan danışıqlar nəticəsiz qalıb. Bu səbəbdən metro işçiləri tətili davam etdirmək qərarına gəliblər.
AzVision.az TASS-a istinadən xəbər verir ki, Kaladze kompromis əldə olunacağına ümid etdiyini bildirib:

“Biz etirazçılara real vəziyyəti – Tbilisi nəqliyyat şirkətinin, həmçinin şəhər meriyasının maliyyə durumunu izah etdik. Ümid edirəm ki, yaxın günlərdə biz mövqelərimizi uzlaşdıra biləcəyik və metro yenə açılaraq işini davam etdirəcək”.

Qeyd edək ki, Tbilisi metropolitenində təqribən 240 maşinist işləyir və onların hamısı maaşlarının saatda 7 laridən 10 lariyə qaldırlmasını tələb edirlər. Onlar bildirirlər ki, Kaxi Kaladze 2019-cu ildən maaşlarının artırılacağına söz verib. Lakin bu etirazçıları qane etməyib. Çünki əmək haqqlarının indidən artırılmasını istəyirlər. Bu səbəbdən maşinistlər tətil elan edərək, metronun fəaliyyətini dayandırıblar. Bununla əlaqədar şəhər avtobusları sərnişinlərə pulsuz xidmət göstərir. Məlumat üçün bildirək ki, Tbilisi metrosu gündəlik 200 min sərnişinə xidmət edirdi.

Xatırladaq ki, artıq neçə gündür Tbilisidə kütləvi etiraz aksiyaları keçirilir. Aksiyalara səbəb 2017-ci il dekabrında bıçaqla qətlə yetirilmiş iki məktəblinin işi üzrə istintaqın qeyri-obyektiv aparılmasıdır. Məhkəmənin ilkin qərarı ilə şagirdləri qətlə yetirən iki nəfərdən biri azadlığa buraxılıb, digərinin cinayət işində maddələr dəyişdirilərək ona yüngül cəza verilib. Nəticədə öldürülən şagirdlərin valideynləri buna etiraz edərək aksiyaya başlayıblar. Qısa müddətdə aksiya kütləviləşib və bütün Tbilisini bürüyüb. Etirazçıların fikrincə, ölkədə prokurorluq və məhkəmə orqanları korrupsiyalaşıb. Bunun günahkarı isə indiki hakimiyyətdir. Gürcüstanın baş prokuroru ittihamlara və aksiya iştirakçılarının tələbinə uyğun olaraq istefa verib. Lakin nümayişçilər baş nazir Georgi Kvirikaşvilinin istefasını və hakimiyyətin dəyişməsini tələb ediblər.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …