Ana səhifə / Dünya / Suriyada tank döyüşləri – VİDEO

Suriyada tank döyüşləri – VİDEO

Suriya hökumət qüvvələrinin Dəməşqin şərqində terrorçulara qarşı döyüşlərinin görüntüləri yayılıb.

Videonu dekabrın 31-də “Al Masdar News” dərc edib.

Döyüşlərdə ağır zirehli texnika və tanklardan istifadə edilib.

Bildirilir ki, döyüşlər dekabrın 29-da başlayıb.

“Əhrar əş-Şam və “Tahrir əş-Şam” qruplaşmaları hökumət qüvvələrinin mövqelərinə birgə hücuma keçiblər. Yaraqlılar Suriya ordusunun nəzarət etdiyi hərbi bazanı ələ keçirməyi planlaşdırıblar.

Hökumət qüvvələri artilleriya və aviasiyanın dəstəyi ilə hücumun qarşısını ala biliblər.

Lakin, AMN qeyd edir ki, hərbi baza ətrafında döyüşlər hələ də davam edir.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …