Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Supermarketlərin qorunmasına hərbçilər cəlb edildi

Supermarketlərin qorunmasına hərbçilər cəlb edildi

Venesuealada hərbçilər və polis əməkdaşları supermarketlərin girişini mühafizə edir.

APA-nın “Alman dalğası” radiosuna istinadən verdiyi məlumata görə, buna səbəb paytaxt Karakasdan 460 km cənubda yerləşən Kaykar şəhərində 20 mağazanın talan edilməsi və 48 nəfərin saxlanması, o cümlədən qeyri-rəsmi məlumatlara görə 2 nəfərin ölməsi olub.

Yanvarın 6-da şəhərlərdə, əsasən də Karakasda supermarketlərin mühafizəsinə hərbçilər və polis əməkdaşları cəlb edilib.

Qeyd edək ki, Venesuelada güclü inflyasiya və büdcədə xaricdən mal alınması üçün vəsait çatışmazlığı səbəbindən kəskin ərzaq qıtlığı müşahidə olunur. Vətəndaşların əməkhaqqı hətta əsas ərzaq məhsullarının alınmasına da yetmir. Hakimiyyət ölkənin 26 ən məşhur supermarket şəbəkəsinə bir sıra ərzaq məhsullarının qiymətinin aşağı salınması barədə tapşırıq verib. Bundan sonra mağazaların qarşısında uzun növbə yaranıb.

Həmçinin oxuyun

Simonyan Rusiyaya işğalçı dedi – Moskvadan qorxaq cavab 

Alen Simonyan bütün ağlasığmaz sərhədləri keçib. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının …