Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Stadionu qana buladılar: Ölənlər və yaralananlar var

Stadionu qana buladılar: Ölənlər və yaralananlar var

Əfqanıstanda Nanqarhar vilayətinin mərkəzi Cəlalabad şəhərindəki stadionunda terror aktı törədilib.

Hadisə zamanı 8 nəfər ölüb, 45 nəfər yaralanıb. Onlardan da bəzilərinin vəziyyəti ağırdır.

Nangarhar polisi deyib ki, stadionda 3 ayrı yerdə quraşdırılan bomba Ramazan Liqi oyunu zamanı partladılıb.

Hələlik heç bir təşkilat aksiyanın məsuliyyətini üzərinə götürməyib. Taliban hərəkatı hadisədən xəbərsiz olduğunu açıqlayıb. Güman edilir ki, terror aktını İŞİD həyata keçirib.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …