Şənbə , Noyabr 17 2018
Ana səhifə / Dünya / Saxlanma təcridxanasında BİABIRÇILIQ – Başı bağlı qadını təhqir etdilər

Saxlanma təcridxanasında BİABIRÇILIQ – Başı bağlı qadını təhqir etdilər

ABŞ-ın Kanzas əyalətindəki saxlanma təcridxanası saxlanılan müsəlman qadın məhkumlar başı bağlı olduğu üçün orada işləyənlərin təhqir və təhdidlərinə məruz qalıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, əyalətdəki saxlanma təcridxanasında çalışanlar tərəfindən müsəlmanlara qarşı irqi və dini ayrıseçilik edilir. Elə təziqlərə məruz qalanlardan biri də 49 yaşlı qadın məhkum Valeries Ealomdur.
Həmin təcridxana Kanzas əyalətindəki özəl şirkətlərdən biri tərəfindən nəzarət olunur. “Muslim Advocates” adlı qeyri-hökümət təşilatı bu barədə şirkətə məktub ünvanlayıb.
Məktubda bildirilirki, saxlanma mərkəzinin işçilərinin Ealomu hicab taxdığı üçün davamlı olaraq şifahi təcavüz edirlər və əgər hicabı çıxarmazsa tək hücrəli kalona salmaqla təhdid edirlər. Həmçinin bildirilir ki, bununla bağlı qadın rəsmi şikayətini bildirib.
Lakin sübut yetərsizliyindən şikayətə baxılmayıb.
Qeyd edək ki, həmin təcridxananın rəhbərliyinin məhkumlarla vəkilləri arasında olan danışıqların səsləri yazması barədə iddia edilir.
VIPedu.BIZ

Həmçinin oxuyun

İclasdan qayıdan Putin yolüstü aptekə girdi

Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda iclasdan qayıdarkən yolüstü Puşkin rayonundakı əczaxanalardan birinə baş çəkib. “ …