Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Dünya / Sarkisyanın baş nazir postuna namizədliyi irəli sürüldü

Sarkisyanın baş nazir postuna namizədliyi irəli sürüldü

Bu gün Ermənistanın hakim Respublika partiyasının şura və icra orqanının iclası keçirilib.

AzVision.az “news.am” saytına istinadən xəbər verir ki, iclasda partiya sədrinin birinci müavini Karen Karapetyanın təklifi ilə partiyanın rəhbəri Serj Sarkisyanın Ermənistanın baş naziri vəzifəsinə namizədliyi irəli sürülüb. Müzakirələrdən sonra şura Sarkisyanın namizədliyini yekdilliklə dəstəkləyib.

Bununla da aprelin 16-da Respublika partiyasının parlament fraksiyası baş nazir postuna rəsmən S. Sarkisyanın namizədliyini irəli sürəcək.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …