Cümə , Yanvar 18 2019
Ana səhifə / Dünya / Sarkisyan Ərdoğanla görüşü barədə: “Müzakirə etməli çox məsələ var”

Sarkisyan Ərdoğanla görüşü barədə: “Müzakirə etməli çox məsələ var”

Ermənistan prezidenti Armen Sarkisyan jurnalistlərə İsveçrə və Fransa telekanallarına verdiyi müsahibədə ona ünvanlanan və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla mümkün görüşü barədə sualı cavablandırmasından danışıb.

Virtualaz.org “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Sarkisyan bununla əlaqədar Ermənistan-Türkiyə münasibətlərinə aid ayrıca bəyanatla çıxış etmədiyini deyib. Onun sözlərinə görə, bu cür bəyanatları ölkənin Xarici İşlər Nazirliyi və hökuməti verməlidir.

“Müsahibələrin birində jurnalist məndən gözlənilmədən soruşdu: əgər indi qarşınızda Ərdoğan dursaydı, ona nə deyərdiniz? Müsahibəni verdiyim vaxt səhər idi və mən cavab verdim ki, indi Ərdoğana “Sabahınız xeyir” deyərdim. Bir erməni kimi isə cavab verərdim ki, bizim müzakirə etməli mövzularımız çoxdur”, – Ermənistan prezidenti deyib.

Onun fikrincə, bu siyasi bəyanat deyil, hazırda prezident postunu tutan erməninin münasibətidir.

VIPedu.BIZ

Həmçinin oxuyun

Alışanov Yeni il gecəsi əlil fermerin 1300 qoyununu, inəklərini, cipini oğurlayıb aradan çıxdı…

Rusiyanın Xakasiya muxtar vilayətinin Ust-Abakansk rayonunda Yeni il gecəsi bu region üçün misli görünməmiş hadisə …