Cümə , Oktyabr 19 2018
Ana səhifə / Dünya / Şampun qabına kamera yerləşdirib qadınları çəkdi – 210 gizli görüntü

Şampun qabına kamera yerləşdirib qadınları çəkdi – 210 gizli görüntü

Yeni Zelandiyada bir kişi şampun qabına yerləşdirdiyi gizli kameralar vasitəsilə 34 qadının hamamda çılpaq görüntülərini əldə edərək porno saytlara satıb.

Polis 2017-2018-ci illərdə çəkilmiş 210 gizli görüntüləri əldə edib.

Şampun qablarına yerləşdirilmiş kameralar uzaqdan idarə olunub. Manyak bununla da istədiyi görüntüləri əldə edə bilib. Polis onu həbs edib və videoları yayılan qadınların hər biri ilə əlaqə yaradılıb.

Qadınlar videolarının paylaşılmasından şoka düşüblər. Bəziləri psixoloji sarsıntı keçirərək həkimə müraciət etməli olub.

Polis bütün videoları silib.

Hazırda faktla bağlı məhkəmə prosesi davam edir. Təqsirləndirilən şəxsi 14 ilə qədər həbs gözləyir. (Teleqraf.com)

Həmçinin oxuyun

Camalın qətlində şübhəli bilinən diplomatın görüntüləri yayıldı

Şahzadə Məhəmməd bin Salmanın yaxın adamı olan Maher Əbdüləziz Mutrebin 2 oktyabrda jurnalist Camal Kaşoqidən …