Ana səhifə / Dünya / “Saakaşviliyə NATO-nun köməyə gəlməyəcəyini də başa saldıq” -Kondoliza Rays

“Saakaşviliyə NATO-nun köməyə gəlməyəcəyini də başa saldıq” -Kondoliza Rays

Bu həftənin əsas mövzularından biri də Rusiyanın Gürcüstana təcavüzünün 10 illiyi ilə bağlı olub. Qərb mətbuatı həmin hadisələrdə demokratik dünyanın hökumətlərini sözün əsl mənasında əfəl davranmaqda suçlayır.

Həmin vaxt ABŞ dövlət katibi olmuş Kondoliza Rays “The Washington Post” qəzetində yazdığı məqalədə bu iddialarla razılaşmadığını bildirir.

“Gərək tarixin bir neçə bəndi xüusi qeyd olunsun”, xanım Rays vurğulayaraq davam edir:

“Biz Buş administrasiyasında Rusiyanın Gürcüstana yönəlik niyyətlərinin təhlükəli olduğunu fərqində idik. 2008-ci ilin əvvəllərindən ABŞ və Almaniya Cənubi Osetiya və Abxaziya bölgələrində artan gərginliyin azalması üçün aktiv şəkildə danışıqlar aparırdı”.

Kondoliza Rays yüksələn təhlükə barədə Gürcüstan prezidenti Mixail Saakaşvilini də xəbərdar etdiklərini yazıb. “Biz ona açıq şəkildə rusların Gürcüstanı təxribata çəkmək istədiyini söylədik. Bundan başqa gürcü liderə hansısa münaqişə halında bölgənin xüsusiyyətini də nəzərə alaraq NATO-nun köməyə gəlməyəcəyini də başa saldıq. Mən bu böhrana görə Mixail Saakaşvilini günahlandırmamışam, indi də qınamıram. Bu sadəcə həmin vaxt əsəbləri tarıma çəkilən və qızğın xarakterə malik gürcüləri hər hansı düşünülməmiş hərəkətlərdən çəkindirmək cəhdi ilə ilə bağlı bir faktın təsbitidir, vəssalam”.

Картинки по запросу condoleezza rice saakashvili

Raysın sözlərinə görə, ABŞ-ın əsas vəzifəsi Gürcüstan paytaxtının müdafiəsini təmin etmək olub: “Buna görə də ABŞ hərbi-nəqliyyat təyyarələri Gürcüstan hərbçilərini tez bir zamanda İraqdan bölgəyə çatdırıb. Elə Saakaşvilinin də dediyi kimi, biz bu “humanitar konvoyu” ABŞ-ın hərbi gəmilərinin müşaiyəti ilə yola saldıq”.

Kondoliza Rays böhran başladıqdan bir neçə gün sonra Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon trafikini də anladıb. O, Lavrovun onların qarşısında 3 əsas şərt irəli sürdüyünü yazıb.

“Hər şeydən əvvəl o, Gürcüstan silahlı qüvvələrinin bir daha qopan bölgələrə silah işlətməməyi barədə söz verilməsini istədi. İkincisi gürcü hərbçilərinin öz hissələrinə geri dönməsini tələb etdi.

Картинки по запросу russian georgian war

Üçüncüsü is məni tamamilə heyrətə saldı- “gərək Mişa Saakaşvili öz vəzifəsindən getsin”.

Kondoliza Rays nə Rusiya xarici işlər naziri, nə də ABŞ dövlət katibinin demokratik yolla seçilən bir prezidentin devirlməsi üçün məxfi danışıqlar aparmağa haqqı olmadığını söylədiyini yazıb. O, Lavrovun bu sözlərdən sonra olduqca qəzəbli olduğunu, lakin Saakaşvilini hakmiyyətdə qaldığını, Gürcüstan demokratiyasının isə xilas edildiyini vurğulayıb.

Картинки по запросу condoleezza rice lavrov

“Əlbəttə, bu indinin özündə də olduqca kədərli hadisədir. Vladimir Putin isə bundan olduqca qeyri-düşgün nəticələr çıxarıb. Onu gələcəkdə durdurmaq üçün isə biz hər şeydən öncə keçmişin faktlarını doğru qiymətləndirməliyik”, – Kondoliza Rays sonda qeyd edib. (Musavat.com)

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …