Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Rusiyanın Ukrayna gəmilərinə hücumunun görüntüləri yayıldı – VİDEO

Rusiyanın Ukrayna gəmilərinə hücumunun görüntüləri yayıldı – VİDEO

Ukrayna Baş prokurorluğu Qara dənizdə Ukrayna Hərbi-Dəniz Qüvvələrinin gəmilərinə Rusiyanın hücumunun tam yenidən qurulması ilə videonu dərc edib.

“Obozrevatel” nəşri xəbər verir ki, idarənin məlumatına görə, görüntülər hadisə barədə Ukraynada mövcud olan sübutedici bazanın təsdiq edilməsidir.

Bildirilir ki, məhkəmə öncəsi 7 günlük araşdırma ərzində Rusiyanın təcavüzü ilə bağlı 17 cildlik sübutlar toplanıb.

Qeyd edək ki, Donbas və Krım məsələlərinə görə gərgin olan Rusiya-Ukrayna münasibətləri Kerç boğazı ətrafındakı son hadisədən sonra daha da pisləşib. Noyabrın 25-də Rusiya sərhədçiləri Kerç boğazında silah tətbiq edərək Ukrayna Hərbi-Dəniz Qüvvələrinin üç gəmisini saxlayıb. Nəticədə, 3 Ukrayna hərbçisi yaralanıb. Bundan başqa, 24 Ukrayna hərbçisi saxlanılıb. Onlardan 15-i barədə həbs qəti-imkan tədbiri seçilib.

Kiyev Rusiya sərhədçilərinin hərəkətlərini qanunsuz və beynəlxalq dəniz hüququnun pozulması adlandırıb. Ukrayna hakimiyyətinin fikrincə, Moskva dəniz hüququ üzrə BMT Konvensiyasını, həmçinin Azov dənizi və Kerç boğazından istifadə üzrə əməkdaşlıq haqqında Ukrayna-Rusiya müqaviləsini pozub/Publika.az.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …