Rusiyanın ən gözəl qızı jurnalist olmaq istəyir – FOTOLAR

“Miss Rusiya”nın yeni gözəli Yuliya Polyackina jurnalist olmaq istəyir.
 
Azinforum.az xəbər verir ki, 18 yaşlı Yuliya Polyackina “Miss Rusiya”nın gözəli seçilib.
Qalib qız ağ qızıl, brilliyant, yaqut və mirvarilərlə dolu tac almaqla yanaşı, üç miyon rus rublu və “Hyundai Solaris” avtomobilinə də sahib olub.
Həmçinin Yuliya Rusiyanı “Dünya gözəli” və “Kainat gözəli” müsabiqələrində də təmsil edəcək.
Yuliya məktəbi qızıl medalla bitirib. Hazırda jurnalist olmaq üçün ali məktəbə hazırlaşır.
Həmçinin o, səkkiz il fitnes-aerobika ilə məşğul olub.
Загрузка...